Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-344/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş X1nun iştirakı ilə, Sumqayıt Səhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ X10 Şöbəsinin YPX inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə 100 manat 3 bal dəyərində cərimə olunmuşdur. Sumqayıt Səhər DYPS Yol Patrul Xidməti inspektoru Polis Bas X1 tərəfindən Sülh küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində Tofaş Şahin markalı ** TD *** d.q.n avtomobilə heç bir əsas olmadan İXP ******* nömrəli protokola əsasən 100 manat və 03 bal cərimə tətbiq etmişdir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, o, qeyd olunan ünvanda inzibati xəta törətməmiş, heç bir avtomobilin hərəkətinə maneə olmamışdır. YPX əməkdaşı ona saxla işarəsi vermiş, o saxlamış, əməkdaş onun yanında heç bir protokol tərtib etməyərək ünvanı tərk etmişdir. Daha sonradan məlumatı olmuşdur ki, ona inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Onun qayda pozuntusu etməsi ilə bağlı heç bir görüntü təqdim edilməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Səhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş X1 bildirdi ki, sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq onun tərəfindən İXM 327.2-ci maddəsinin tələblərinin pozulduğu izah edilmişdir. Həmçinin, sürücüyə qərardan narazı olduğu halda 10 gün müddətində görüntülərlə tanış ola bilməsi izah edilmişdir. Hazırda məhkəməyə təqdim edilmiş görüntülər təhlükəsizlik kameralarından əldə edilmişdir. Qeyd olunanlara əsasən inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2, qərarından şikayət verilmiş şəxsin izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru tərəfindən inzibati xəta aşkar etdikdən sonra protokol tərtib edilməli olduğu halda xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, bununla da, Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 124.2-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisənin mövcudluğu ilə razılaşdıqda YPX inspektoru qərar qəbul edilə bilər. X6 və YPX inspektoru Elmin Xəlilovun da izahatlarından məlum olur ki, C.Əsgərov inzibati xəta hadisəsi ilə razılaşmamışdır. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ X10 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X11 Şöbəsinin YPX inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-344/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-344/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver