Məhkəmə qərarları › İş №3(060)-345/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-345/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-345/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Qubadlı rayonu, Mehrili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Mehrili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru E.İbrahimov tərəfindən 24 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 272.3-cü maddəsi ilə MN № ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 23.01.2022-ci il tarixdə Saat 22:00 radələrində Sumqayıt şəhəri, Yaşma qəsəbəsi ərazisində ov qaydalarının kobud şəkildə pozulmasına yol vermişdir. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 fevral 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXMnin 272.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi PPXT-nin 1-ci bölüyünün, polis serjantı Abdullazadə Kənan Vadim oğlu Sumqayıt şəhər Polis İdarəsi rəisinə 24.01.2022-ci il tarixli raportla müraciət edərək göstərmişdir, 24.01.2022-ci il tarixdə 9143 çağrışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Fuad Qurbanovla və polis kapitanı Ramin Əsədovla birgə saat təxminən 01:25 radələrində Bakı-Quba yolunda hərəkət edən zaman yol kənarının ağaclıq hissəsində 3 nəfər şəxsin gəzindiklərini görərək onlara yaxınlaşıb burada nə etdiklərini soruşan zaman, ilk növbədə qeyri səmimilik göstərmişlər. Lakin, sonra həmin vətəndaşların ov məqsədi ilə orada olduqları aşkar olmuşdur. Onların üzərində çox sayda qırmalı patron 1 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış dovşan aşkar edilmişdir. Həmin şəxslər polis idarəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxslər X2, Şəxs və X1r. Həmin şəxslər barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 05.03.2021-ci il tarixli, 779№-li şəhadətnaməsində 16 kalibrli, MR-27 markalı ********* nömrəli yivsiz lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs məxsusdur. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanununun 14.2-ci maddəsinə əsasən icazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd edir ki, Eyvazov X3 bu tələblərini pozaraq, lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə və qadağan olunmuş müddətlərdə ovçuluq fəaliyyəti ilə məşğul olaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, altı ay müddətinə ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, onun 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar