Məhkəmə qərarları › İş №3(060)-3450/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3450/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3450/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X3 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçimüfəttişi X1, Şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci və 237.1-ci maddələri ilə MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC-ə məxsus istehsalat sahəsində atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur, tüstü bacasında atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğu yoxdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən 4 X3 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X4 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, vətəndaşların 4 X3 və Təbii Sərvətlər İdarəsinə və Sumqayıt şəhəri İcra Hakimiyyətinə çoxsaylı şikayətləri əsasında Şəxs MMC-də monitorinq aparılmışdır. Belə ki, Şəxs MMC ALÜMİNİUM və X7ndan ibarətdir. MMC-nin nümayəndəsi Nümayəndə3 də yoxlamada iştirak etmişdir. Monitorinqdən sonra MMC-nin nümayəndələri İdarəyə dəvət olunmuş, lakin onlar monitorinqin nəticəsindən narazı qalmış və ölçmənin başqa zavodun ərazisinə aid olduğu hissədə aparıldığını qeyd edərək təkrar yoxlama tələb etmişlər. Təkrar keçirilmiş monitorinq zamanı atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olması və tüstü bacasından atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğu olmadığı müəyyən olunmuşdur. Bununla bağlı, İdarə tərəfindən MMC-ə məktub göndərilmişdir. Belə ki, təmizləyici qurğunun texniki baxışdan keçirilməsi, pasportu haqda məlumatlarla bağlı sənədlərin təqdim olunması xahiş olunmuşdur. Müəssisə təmizləyici qurğunu quraşdırmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoxlamanı vahid məlumat reyestrində qeydə alsaydılar və sözügedən müəssisədə həmin gün yoxlama apara bilməyəcəkdilər. Buna görə də, yoxlamanın aparılması üçün icazə sənədi əldə etməyiblər. Həmçinin, monitorinqin aparılmasında özünün iştirakını təsdiq edən fotoşəkilləri növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 233.1, 237.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının xx.xx.2026-ci il tarixinə təxirə salınmasına və protokol tərtib edən orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə İXM-nin 112.1.4cü maddəsinə əsasən protokol tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, 2025-ci ilin oktyabr ayında Şəxs MMC barəsində akt tərtib olunmuşdu. Belə ki, İdarə tərəfindən keçirilmiş yoxlama Şəxs MMC ərazisində yox, “Karbamid” zavodu ərazisində aparımış və atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olması müəyyən olunmuşdur. Buna görə də, o İdarəyə məktubla müraciət edilib. Belə ki, sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışından görünür ki, aparılmış yoxlama (monitorinq) İdarə tərəfindən reyestrə daxil edilməyib. Həmin məlumat reyestrində qeydə alınmamış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Onlar yoxlama aparakən ilk növbədə özlərini təqdim etməli, xidməti vəsiqələrini və yoxlamanı həyata keçirməklə bağlı müvafiq qərarı göstərməli idilər. Qeyd olunanlar 4 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilmədiyi üçün sübutlar qanunsuzdur. Həmçinin, vətəndaşların çoxsaylı şikayətlərinin olmasını billdirən hər hansı mötəbər mövcud deyil. Həmçinin, Şəxs MMC yaşayış məntəqəsindən 5 km məsafədə, Sumqayıt Sənaye Parkında yerləşir. Ətarfında onlarla başqa müəssisələr var. Bundan başqa, 4 X3 və Təbii Sərvətlər İdarəsi yoxlamanın MMC ərazisində həyata keçirilməsini sübut etməlidirlər. Tərtib olunmuş aktdan görünür ki, ALÜMİNİUM zavodunda dəm qazının yol verilə bilən həddi 20 mq-dır və yoxlama nəticəsində 30 mq olduğu, qazda isə normanın 0,08 mq olduğu, lakin yoxlama nəticəsində 1.1 mq olduğu müəyyən edilmişdir. Qeyd edir ki, həmin göstəricilər nə ilə müəyyən olunduğu bəlli deyil. Həmin göstəricilərlə bağlı SSRİ-nin 27 avqust 1984-cü il tarixli sanitar normalara rast gəlinmişdir. Lakin qeyd olunan normativ sənədin müstəqil Azərbaycan Respublikasında hazırda qüvvədə olması Aktda nə əsaslandırılmış, nə də sübuta yetirilmişdir. 42 il əvvəl qəbul edilmiş SSRİ dövrünə aid normaya faktiki istinad edilməsi hüquqi baxımdan qəbuledilməzdir. Həmçinin, akta əlavə edilmiş fotoşəkillərdə göstəricinin 15.09 olduğu göstərilir, lakin normanın isə 20 mq olduğu qeyd olunur. Bundan başqa, şəkillərdən görünür ki, yoxlama müəssisədən 70-80 metr məsafədə keçirilib. Həmçinin, yoxlamanın görüntülərini özündə əks etdirən videoçəkiliş aparılmayıb. Eyni zamanda Şəxs MMC 2021ci ildə Ekologiya Nazirliyindən zərərli maddələrin yol verilə bilən norması ilə bağlı icazə sənədi alınıb. Əgər İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilərsə, o vaxt İXM-nin 237.1-ci maddəsinin tətbiqi başlaya bilər. Məhkəmədən sübutların qanunsuz yolla əldə edilməsini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, müəssidədə Almaniya istehsalı avadanlıqlardan istifadə olunur. Müəssisə karbon qazı almaq üçün metan qazını yandırır. Belə olduğu halda, müəssisənin atmosferə dəm qazı və ya karbon qazı buraxmasından söz gedə bilməz. Həmçinin, müəssisənin ətrafında “AzərKimya” zavodu və Socarın “Karbamid” zavodu yerləşir. Məhkəmədən sübutların qanunsuz yolla əldə edilməsini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “İnzibati xəta haqqında” MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-ə məxsus istehsalat sahəsində atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur, tüstü bacasında atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğu yoxdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 4 X3 və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə aparılan monitorinq zamanı müəssisənin tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun olmadığı məlum olmuşdur. 4 X3 və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-ə ünvanladığı xx.xx.2025-ci il tarixli 3- 14-43/2-852/2025 saylı məktubdan görünür ki, atmosfer havasına atılan tullantıların azaldılması və zərərli təsirlərin qarşısının alınması məqsədilə müəssisədə quraşdırılmış qaz-toz tutucu qurğu barədə ətraflı məlumatların təsdiqedici sənədlər əlavə edilməklə (qurğunun tipi, quraşdırılma ili, istismar müddəti, texniki pasportu, texniki baxış aktları, sonuncu dəfə keçirilən texniki xidmət və təmir işlərinin aparılması tarixi, faktiki işlək vəziyyəti, məhsuldarlıq göstəricisi və s.) 3 iş günü müddətinə İdarəyə təqdim etmək xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixində məktub MMC tərədindən qəbul edilmişdir. 4 X3 və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-ə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılan monitorinq-ölçmə zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması və tüstü bacasında atmosferə atılan zərərli maddələrin yol verilə bilən son hədlərin səviyyəsində zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun olmadığı faktı müəyyən olunaraq 003774 saylı 02 oktyabr 2025-ci il tarixli akt tərtib olunmuşdur. “STP ALÜMİNİUM "MMC tərəfindən İdarəyə daxil olan xx.xx.2025-ci il tarixli məktubda yenidən müəssisənin nümayəndəsinin iştirakı ilə monitorinq-ölçmə aparılması xahiş olunmuşdur. XKEMİ əməkdaşları Şəxs MMCnin “X7”nun ətraf ərazilərində müəssisənizin nümayəndəsinin iştirakı ilə aparılan təkrar monitorinq-ölçmə zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması faktı müəyyən edilərək xx.xx.2025-ci il tarixli 004004 saylı akt tərfib olunmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 233.1. və 275.1,-ci maddəsinə əsasən aparılan inzibati araşdırma ilə bağlı 18 dekabr 2025-ci il tarixdə saat 10°°- da onların və ya səlahiyyətli nümayəndənizin müvafiq sənədlərlə (şəxsiyyət vəsiqəsi, etibarnamə,əmək müqaviləsindən çıxarış) İdarəyə gəlmək xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixində məktub MMC tərəfindən qəbul edilmişdir. 4 X3 və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-ə ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılan monitorinq-ölçmə zamanı atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olması və tüstü bacasında atmosferə atılan zərərli maddələrin yol verilə bilən son hədlərin səviyyəsində zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun olmadığı faktı müəyyən olunaraq 003774 saylı 02 oktyabr 2025 il tarixli akt tərtib olunmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 233.1. və 275.1. maddəsinə əsasən aparılan inzibati araşdırma ilə bağlı 17 oktyabr 2025-ci il tarixi saat 1O00- da sizin, və ya səlahiyyətli nümayəndənizin müvafiq sənədlərlə (şəxsiyyət vəsiqəsi, etibarnamə,əmək müqaviləsindən çıxarış) idarəyə gəlmək xahiş olunur. xx.xx.2025-ci il tarixində bildiriş MMC tərəfindən qəbul edilmişdir. Şəxs MMC-nin direktorunun 4 X3 və Təbii Sərvətlər İdarəsinə ünvanladığı məktubdan görünür ki, X5 Monitorinq İdarəsinin 02 oktyabr 2025-ci il tarixli 003774 nömrəli Aktına əsasən "xxxx" MMC-nin (Cəmiyyətin ərazisində guya aparılmış ölçmələr nəticəsində karbon monoksid (CO, dəm qazı miqdarının normadan artıq olduğu göstərilmişdir. Sözügedən tarixdə Cəmiyyətə məxsus zavodun ərazisində və ya əritmə sahəsinə yaxın hissədə hər hansı ölçmə işləri aparılmamışdır. Ölçmə zavod ərazisindən təxminən 100 metr, tüstü bacasından isə 600-700 metr məsafədə, "Socar Karbomid" zavoduna gedən yol üzərində aparılmışdır. Həmin ərazi "xxxx" MMC-dən daha çox SOCAR Karbomid və X6 fəaliyyət göstərən müəssisələrin emissiya təsir dairəsində yerləşir. Bildirir ki, ölçmə nöqtəsinin müəssisə ərazisindən kənarda seçilməsi nəticəsində alınan göstəricilər "xxxx" MMC-nin faktiki emissiyalarını əks etdirmir və nəticə etibarı ilə etibarsız və qeyri-dəqiq hesab edilməlidir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyi tərəfindən "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə" dair "xxxx" MMC-nin ALÜMİNİUM Mis Zavodu üçün xx.xx.2025-ci il tarixli 22/1138-AAZM qeydiyyat nömrəli və Texniki Zavodu üçün isə xx.xx.2025-ci il tarixli 22/10|9-AAZM qeydiyyat nömrəli icazə s verilmişdir (surəti qoşma kimi əlavə olunur) və müəssisə həmin texniki pasport olunan normalar çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan, zavodun tüstü bacasından 600-700 metr kənarda aparılan nəticələr hava axınının istiqaməti, küləyin sürəti və ərazidəki digər sənaye obyektlərinin təsiri nəzərə alınmadan müəyyən edildiyindən, alınan nəticələr Cəmiyyətin emissiya göstəriciləri kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, ölçmənin düzgün aparılmadığı qənaətindədirlər və ETSN tərəfindən zavod ərazisində və emissiya mənbələrinə birbaşa çıxış nöqtələrində yenidən ölçmə aparılmağını, ölçmə zamanı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilməyini, mövcud 003774 nömrəli aktın nəticələri bu ölçmə ilə təsdiqlənənədək qüvvədə saxlanılmamasını xahiş edir. Şəxs MMC-nin nümayəsinin etiraz məktubundan görünür ki, hazırda məhkəmədə baxılan inzibati protokol tam əsassız olmaqla, eyni zamanda qanunvericiliyin tələblərinin ciddi pozulmasına yol verilməklə tərtib edilmişdir. Aşağıda qeyd olunanlara əsasən, həmin protokolu qanunsuz və əsassız hesab edirlər. Belə ki, sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) çıxarışından görünür ki, aparılmış yoxlama (monitorinq) İdarə tərəfindən reyestrə daxil edilməyib (çıxarış etiraza əlavə olunub). "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasinin Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidəlar, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun tələbindən göründüyü kimi vahid məlumat reyestrində qeydə alınmamış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur və bu cür keçirilmiş yoxlama qanunun tələbinə cavab vermədiyinə görə şəxs barəsində məsuliyyət müəyyənedici tədbir görülə bilməz. İşin hallarından göründüyü kimi İdarə tərəfindən yoxlama aparılan zaman "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. İdarə tərəfindən tərtib olunan Protokolda "xxxx" MMC-yə məxsus Zavoda (bundan sonra Zavod) baxış keçirilməsi, zavod ətrafında və bacaya 5-7 metr məsadəfən həyata keçirilən ölçmə nəticəsində qaz-toz tutucu qurğunun olmaması və "xxxx" MMC tərəfindən havaya buraxılan tullantının həddinin yol verilən normadan artıq olduğu qeyd edilmişdir. Lakin, qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC "Sumqayıt Sənaye Parkı"nın (bundan sonra - Sənaye Parkı) ərazisində yerləşir. Sənaye Parkı ərazisində 26 rezident, onlarla zavod fəaliyyət göstərir. İdarə nümayəndələri tərəfindən aparılmış monitorinq-ölçmə işlərinin nəticəsində məhz zavod atmosferə zərərli maddə yaydığını müəyyən etmək mümkün deyil. Çünki yaxın ərazidə başqa müəssisələr də fəaliyyət göstərir və həmin ərazi coğrafi mövqe və "monitorinq" in aparılma dövrü baxımından havanın küləkli olduğunu, üstəlik şəkilə nəzər yetirdikdə zavodda hər hansı qaz emal edilmədiyi (tüstü olmadığı) halda məhz Zavodun atmosferə zərərli maddə yaydığı nəticəsinə gəlmək düzgün deyil. Həmçinin, ölçmə zavoddan kənarda həyata keçirilib və İdarə tərəfindən sübut olaraq təqdim olunan fotoşəkildən də ölçmənin harada həyata keçirildiyini, həmin ərazinin Zavoda məxsusluğunu müəyyən etmək mümkün deyil. Həmçinin, təqdim olunan fotoşəkildə göründüyü kimi bacanın "xxxx" MMC-yə məxsusluğu aydın deyil və həmçinin şəkillərdə ölçmə bacanın 7-10 metrliyində yox, ən az 60-70 metrliyindən həyata keçirilib, Sumqayıt Sənaye Parkının zavodlarla əhatələndiyini nəzərə alaraq, Zavodun ərazisindən və bacadan kənarda həyata keçirilən ölçmə, onun nəticəsinin düzgünlüyünü şübhə altında qoyur. İdarə nümayəndələri tərəfindən tərtib olunan 04 dekabr 2025-ci il tarixli 004004 saylı Aktda Ankat 64 M3-04 səyyar cihazı vasitəsilə Ölçmə aparıldığı və nəticədə CO (dəm qazı) konsentrasiyasının 30 mq/m3 (norma - 20 mq/m3), H2S göstəricisinin isə 1.1 mq/m3 (norma - 0.008 mq/m3) təşkil etdiyi qeyd olunmuşdur. Lakin aktda göstərilən bu göstəricilərin mənbəyi "xxxx" MMC-yə məxsus zavoddan qaynaqlanması ilə kifayət qədər əlaqələndirilməyərək əsaslandırılmamış, habelə necə və hansı əsaslarla müəyyən edildiyi aydın şəkildə açıqlanmamış, ölçmələrin aparıldığı konkret yer, şərait və metodologiya barədə məlumat verilməmişdir. Bundan əlavə, əgər doğrudan da müəssisə tərəfindən normativ hədlərin aşıldığı iddia edilirsə (ki, bunu təqdim edilən fotoşəkildə ölçmənin aparıldığı ərazini müəyyən etməklə təsdiqləmək mümkün deyil), həmin konkret ölçmə nəticələrini əks etdirən fotoşəkillərin sübut kimi Aktın əlavəsinə daxil edilməməsi izah olunmamış qalır və yenidən həqiqəti və sübutların düzgünlüyünü şübhə altına salır. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr qanunvericiliyin tələbinə əsasən stasionar və səyyar məntəqələrdə, yaşayış məntəqəsinin sahəsi, relyefi, sənayenin inkişaf səviyyəsi, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aparılmalıdır. Normativ tələblərə görə, əhalinin sayı 200-500 min arasında olduqda 3-5, 0,5-1,0 milyon olduqda isə 5-10 müşahidə məntəqəsinin təşkili zəruridir. Sumqayıt şəhərinin əhalisinin 500 mindən artıq olduğunu və monitorinqin Kimya Sənayesi ərazisində aparıldığını nəzərə alaraq, müqayisəli və obyektiv monitorinqin təmin edilməsi üçün ən azı 5-10 məntəqədə ölçmələrin aparılması tələb olunurdu. Lakin İdarənin əməkdaşları tərəfindən bu tələb pozulmuş, ərazidə müqayisəli monitorinq aparılmamış, monitorinq ərzində heç bir videoçəkiliş aparılmamışdır. Bu hal ölçmə nəticələrinin obyektivliyini ciddi şəkildə şübhə altına alır. Həmçinin bildirir ki, "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyi tərəfindən "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə" dair "xxxx" MMC-nin ALÜMİNİUM X8 üçün xx.xx.2025- ci il tarixli 22/1138-AAZM qeydiyyat nömrəli və X7 üçün isə xx.xx.2025-ci il tarixli 22/1019-AAZM qeydiyyat nömrəli icazə sənədləri verilmişdir (surəti qoşma kimi əlavə olunur) və müəssisə həmin texniki pasportda qeyd olunan normalar çərçivəsində fəaliyyət göstərir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş icazə sənədi də mövcud olmuşdur (oxşar əsaslandırma: Sumqayıt Şəhər Məhkəməsinin 3(060/247.1/2025sayh xx.xx.2025-ci ii tarixli Qəran). Əlavə olaraq bildiririk ki, İdarə monitorinqi vətəndaş şikayətləri əsasında başlatdığını bildirsə də, STP ALÜMİNİUM MMC Sənaye Parkında fəaliyyət göstərən onlarla obyektdən; biridir və yaşayş məntəqəsindən 4.7 km məsafədə yerləşir. Və həmin məsafədə yaşayan vətəndaşların narahatlığına səbəb olan halın məhz "xxxx" MMC-dən qaynaqlandığını zavod ərizisindən kənarda aparılan monitorinq, birbaşa bacadan götürülməyən və Aktda qeyd olunan normaların düzgünlüyünə dair hər hansı bir sübut təqdim edilməyən nümunə nəticəsində müyyən etmək qeyri-mümkündür. Onu da qeyd edək ki, "xxxx" MMC tərəfindən havaya qaz atılmadığının digər əsası ondan ibarətdir ki, qazın istifadəsindən sonra yaranan karbon dioksid "xxxx" MMC tərəfindən tullantı hesab olunmur, əksinə, karbon qazının istehsalında istifadə olunur (İstehsalatla bağh prosedur qayda qoşmaya əlavə olunur). Yuxanda qeyd edilənləri nəzərə alaraq və İnziabti Xətalar Məcəlləsinin 53.1.1-ci, 53.2- ci və 105-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokolun həm 233.1, həm də 237.1-ci maddələrə münasibətdə ləğv edilməsi və 3(060)-3450/2025 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 237.1-ci maddəsinə əsasən Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görəvəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiallarını araşdırıb, protokol tərtib etmiş 4 X3 və Təbii Sərvətlər İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələrini dinləyib, iş materialına əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, adı çəkilən MMC barəsində İXM-nin 233.1-ci və 237.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi üçün xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 4 X3 və Təbii Sərvətlər İdarəsi qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, Şəxs MMC-nin təqsirli olması qənaətinə gəlmək üçün sübutları tam və qanunauyğun toplamadan, formal mülahizələrə əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən nəticəyə gəlir. "Azərbaycan Respublikasının Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun müddəasındən aydın olur ki, qanunun tətbiq dairəsi məhz sahibkarlıq fəaliyyətini həyata keçirən subyektin ərazisinə daxil olmaqla aparılan yoxlamalarına deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaları əhatə edir. Həmin Qanun 3.2-ci maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə qanunun müddəasına müvafiq olaraq qeyd edir ki, məcburi tələblərə əməl edilmədən yoxlamalar aparıldığına görə yoxlamanın nəticələri qanunazidd əldə edilmiş sübut hesab edilməlidir. Bundan başqa məhkəmə iclası zamanı ətraflı, tam və obyektiv araşdırmanın aparılması təmin edilsə də, xx.xx.2025-ci il tarixli aktda ölçmənin nəticəsi olaraq qeyd edilmiş CO-30 mq/m3, 1,1 mq/m3 göstəricilərinin nəyə əsaslanması qeyri-müəyyən qalmışdır. Məhkəmə iclasında təqdim edilmiş ölçmənin nəticələri ilə bağlı aktdan əlavə hər hansı sübutun təqdim edilməsi protokol tərtib edən tərəfə təklif edilərək məhkəmə iclası təxirə salınsa da, hər hansı sübut təqdim edilməmiş, tərəfin nümayəndəsi növbəti məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli aktın məzmununa uyğun gələn fotoşəkillər əlavə edilmişdir ki, ölçmənin nəticəsi olaraq qeyd edilmiş CO-15,9 mq/m3 göstəricinin fotoşəkilləri çəkilmiş, lakin həmin şəkillərin ümumiyyətlə hansı tarixdə çəkilməsi, ölçmə aparılan xüsusi texniki vasitənin tip və seriya nömrəsi də qeyri-müəyyən olmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMCnun əməlində İXM-nin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi sübuta yetirilmədiyinə, o cümlədən təqsirliliyinn sübuta yetirilməsinə qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar