Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3454/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli 00700-00181/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, "Baramist S.R.O" şirkətinə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində ödəniş edilib. Lakin ixrac prosedurunda gömrük bəyannaməsinin tərtibatı zamanı bəyannamənin 20-ci qrafasında ödəniş şərti 001 deyil, mexaniki xəta olaraq, səhvən 004 kimi qeyd olunmuşdur. Bununla bağlı, Sumqayıt Gömrük İdarəsinin rəisinə məktub ünvanlamış, lakin həmin məktuba cavab verilməmişdir. "xxxx" tərəfindən verilmiş çıxarışlardan da görünür ki, həmin məbləğ ödənilib, yəni MMC-nin hər hansı borcu yoxdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, qrafada 001 qeyd olunması müqavilə əsasında ödənişin əvvəlcədən avans şəklində göndərilməsi, qrafada 004 qeyd olunması isə ödənişin yarısının avans olaraq, yarısının isə mallar xarici ölkəyə çatandan sonra göndərilməsidir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqan Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 00700-00181/25 nömrəli protokoldan görünür ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-1800/012/002223 nömrəli raportda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 11 iyun 2025-ci il tarixində alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4176 və xx.xx.2024-cü il tarixli **********4780 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində 66150,17 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş göndərilmişdir. Bununla yanaşı Gömrük Xidmətinin Vahid X1 (VAİS) banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından (FORMA 3.9.2.1) əldə edilmiş məlumata əsasən "xxxx" MMC tərəfindən rəsmiləşdirilən **********4176 və **********4780 sorğu nömrəli gömrük bəyannamələri üzrə (GB) 66150,17 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33-1800/0155/2025 nömrəli bildirişindən görünür ki, **********4780 sorğu nömrəli gömrük bəyannamələri ixrac olunan malların müqabilində 66150,17 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində “STP Global Cable" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixli **********4176 və xx.xx.2024-cü il tarixü **********4780 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, milli valyutaya nisbətdə 112455,28 (bir yüz on iki min dörd yüz əlli beş manat, iyirmi səkkiz qəpik) AZN təşkil edən 66150,17 (altmış altı min bir yüz əlli dollar, on yeddi sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan araşdırma aparılır. Qeyd olunan faktla bağlı izahat verməkdən ötrü 30 iyun 2025-ci il tarixdə saat 11:00-da Sumqayıt Gömrük İdarəsinin (Sumqayıt şəhəri, Sülh küçəsi 1) Əməliyyat və təhqiqat şöbəsinə (4-cü mərtəbə, 48-ci otaq) çağırılırlar. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Sumqayıt Gömrük İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “STP Global Cable" MMC-nin və Ukrayna Respublikasının "Baramist S.R.O" şirkəti arasında 20/07 SE saylı xx.xx.2022ci il tarixli alq-satqı satqı müqaviləsi imzalanmışdır. Bu müqavilə çərçivəsində xx.xx.2024cü il tarixində **********4780 sorğu nömrəli, BH1304TM/BH3836XG nömrəli TİR-la dəyəri 68756.64 USD olan "Aluminium məftil" yükü ixrac olunmuşdur. Lakin ixrac proseduru zamanı gömrük .bəyannaməsinin tərtibatı zamanı bəyannamənin 20-ci qrafasında ödəniş şərti 001 deyil, mexaniki xəta olaraq, səhvən 004 kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, **********4780 sorğu nömrəli bəyannamənin çatdırılma şərtində 001 kimi düzəliş olunmasında köməklik göstərilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş "xxxx"-ın hesab üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixində 277972,50 ABŞ dolları (472553,25 manat ekvivalentində) "Baramist S.R.O" şirkəti tərəfindən 20/07 SE DD xx.xx.2022, İNV963/24 DD, xx.xx.2024 təyinatı üzrə, 000SWl1243 030073 istinadı ilə STP Global Cable LLC-nin hesabına köçürülüb. İş materiallarından görünür ki, tərtib olunmuş protokol 2 bəyənnamə üzrə ixrac olunan malların müqabilində 66150,17 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına qaytarılmaması səbəbindən tərtib olunmuşdur. Həmin vəsaitin 174,25 ABŞ dolları **********4176 nömrəli gömrük bəyənnaməsi üzrə, 65975,92 ABŞ dolları isə **********4780 sorğu nömrəli GB üzrə müvəkkil bankdakı hesaba qaytarılmamışdır. Həmin ixracat STP Global Cable tərəfindən müxtəlif dövlətlərin ərazisində fəaliyyət göstərən hüquqi şəxslərlərlə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir. Məhkəməyədək araşdırma müddətində və məhkəmə araşdırması zamanı **********4176 nömrəli gömrük bəyənnaməsi üzrə 174,25 ABŞ dolları vəsaitin müvəkkil banka köçürülməməsi mübahisələndirilmədən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 174,25 (yüz yetmiş dörd dollar, 25 sent) ABŞ dolları vəsaitin və 65975,92 (altmış beş min doqquz yüz yetmiş beş dollar, 92 sent) ABŞ dolları vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 19845.05 (on doqquz min səkkiz yüz qırx beş dollar, 5 sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3454/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3454/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver