Məhkəmə qərarları › İş №3(060)-3457/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3457/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3457/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə, Şamaxı rayonu, Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov 4 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xəzər dənizinin Yaşma bağları ərazisinə düşən sahilində su bioresurslarının mühafizəsi qaydalarını pozaraq lazımı balıqovlama bileti (kvota) olmadan qanunsuz şəkildə 8 ədəd kefal balığı ovlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Sumqayıt ŞPİ-nin 2-ci PB-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ayda bir dəfə balıq tutmaq üçün dənizə gedir. Dənizdən 8 ədəd kefal balığı ovlamış, lakin satmaq məqsədi olmamışdır. Həmin müddətdə balıq tutmaq üçün icazə(kvota)sı olmamışdır. Balıqların kiloqramı bazarda 7-8 manatdır. Balıq tutmaq üçün uzun çəkmə ilə özünün 8-10 metr uzunluqda torundan istifadə edib. Lakin balıq tutmaq üçün icazəsi yoxdur. Toru noyabr ayında tanışından götürüb, həmin şəxsə də qaytarmışdır. Tutduğu balıqlar avtomobilində yararsız hala düşdüyündən atılmışdır. Məhkəmədən işsiz olmasının nəzərə alınmasını xahiş edir və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət təkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Onun əməlində İXM-nin 272.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, təxminən 1 ildən çox müddətdir ki, balıqçılıqla məşğul olur və balıq tutmaqla bağlı heç bir icazə sənədi (kvota) yoxdur. xx.xx.2025-ci il tarixdə öz uzaq qohumu X2 və oğlu X5 ilə birlikdə balıq tutmaq üçün ayda bir dəfə gəldikləri Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi ərazisinə gəldilər. Burada balıq ovlamaq üçün kombinezon geyinib birlikdə balıq tutmaq üçün öz torları ilə birlikdə dənizə girdik. Onların heç bir qayığı yox idi, qarmaqdan da istifadə etmirdilər. Yalnız qadağan olunmayan, icazə verilən tordan istifadə etməklə balıq tuturdular. Ümumilikdə 8 ədəd kefal balığı ovladılar. Təxminən 1 saat müddət suda olduğu zaman Post Patrul Xidmətinin əməkdaşları onları çağıraraq sahilə dəvət etdilər. Sudan çıxdıqdan sonra PPX əməkdaşları onlara balıq ovu ilə bağlı yaxınlaşaraq icazə sənədlərinin (kvota) olub-olmaması ilə bağlı soruşduqda olmadığını dedilər. Onun balıq tutmaqla bağlı heç bir icazə sənədi yoxdur. Yalnız qadağan olunmayan tordan istifadə edirdilər, onlar heç bir qayıqdan qarmaqdan istifadə etmirdilər. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X4 Hüquqi Şəxsinin 01 dekabr 2025-ci il tarixli balıq ehtiyatlarına dəymiş ziyan barədə məktubundan görünür ki, X1 və Şəxs qanunsuz balıq ovu ilə məşğul olaraq balıq ehtiyatlarına 88 AZN (səksən səkkiz manat) məbləğində ziyan vurmuşlar. İş materiallarında olan balıq ehtiyatlarına vurulmuş ziyan barədə 28 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, müraciətdə göstərilən 8 (səkkiz) ədəd kefal balıqlarının qanunsuz ovlandığı halda, təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursiarından istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və balıq və digər su bioresursiannın qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyanın 10-cu bəndinə əsasən aşağıda göstərilən qaydada hesablanır: 1 (bir) ədəd kefal - 11 AZN (on bir manat); 8 (səkkiz) ədəd x 11 AZN = 88 AZN (səksən səkkiz manat). Balıq ehtiyatlarının qanunsuz ovlanmasırıa görə təbiətə dəymiş ümumi ziyan 88 AZN (səksən səkkiz manat) təşkil edir. İş materiallarında olan 28 noyabr 2025-ci il tarixli rəydən görünür ki, X1 və Şəxsden götürülmüş ümumi sayı 08 (səkkiz) ədəd olan balıqlara baxış keçirdi. Baxış zamanı məlum oldu ki, vətəndaşlardan götürülmüş 8 (səkkiz) ədəd balığın hamısı kəfal balıqlarıdır. İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 -ci hissəsinə əsasən balıqovlama bileti olmadan balıq ovu qadağandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X4 Hüquqi Şəxsinin 01 dekabr 2025-ci il tarixli məktubu, arayış və rəylərə əsasən 08 ədəd qanunsuz olaraq kefal balığını ovlayaraq balıq ehtiyatlarına 88 AZN (səksən səkkiz manat) məbləğində ziyan vurmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs nəzərə alır və hesab edir ki, sonuncu barəsində İXM-nin 272.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh edilməsi məqsədəuyğundur. Həmçinin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin hazırda mövcud olmadığından müsadirə edilməməkdə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə olunmamaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar