Məhkəmə qərarları › İş №3(060)-3459/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3459/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3459/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 2 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, 25.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs 04.10.2021-ci il tarixdə saat 12:30 radələrində keçmiş həyat yoldaşı X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində döyərək xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 bildirdi ki, Şəxs 04.10.2021-ci il tarixdə saat 12:30 radələrində keçmiş həyat yoldaşı X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində döyərək xəsarət yetirmişdir. Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov tərəfindən 04.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs göstərdi ki, X4 ilə boşandıqdan sonra övladlarını görmək üstündə aralarında mübahisələr yaranır. 04.10.2021-ci il tarixdə o, qızı Zümrüdü görmək üçün qızının təhsil aldığı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən məktəbə getmiş, qızı dərsdən çıxdıqdan sonra qızı Zümrüd ilə birlikdə gəzməyə başlamışdır. Əminə Arzumanova gələrək ondan qızının verilməsini istəmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı o, X2 itələmiş, onun saçından tutmuşdur, amma onu vurmamışdır. Ola bilsin ki, bərk tutduğuna görə Əminənin bədənində iz qalsın. Mübahisədən sonra X3 götürərək oradan uzaqlaşmışdır. Əminədən üzr istəsə də barışa bilməmişdir, hərəkətlərindən peşmandır. Bunların nəzərə alınaraq barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 göstərdi ki, 2010-cu ilin mart ayında Şəxsh oğlu ilə ailə həyatı qurmuş və həmin nigahdan 2 övladı vardır. 2020-ci ildə aralarında mütəmadi olaraq baş verən münaqişələr səbəbi ilə rəsmi şəkildə boşanmışlar. 04.10.2021-ci il tarixdə saat 12:30 radələrində o, qızı Zümrüdü təhsil aldığı Sumqayıt şəhəri, 17-ci mikrorayn ərazisində yerləşən 4 saylı orta məktəbdən götürərək evə aparan zaman Şəxs oraya gələrək qızı Zümrüdü özü ilə aparmaq istəyən zaman o buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Şəxsh oğlu onun boğazından əli ilə tutaraq sıxmış və saçından tutub dartaraq ona fiziki ağrı yetrimişdir. Bu zaman o, boğaz, baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət almış, bu səbəbdən də almış olduğu xəsarətlərin ağırlıq dərəcəsinin təyin olunmasından ötrü MTE-dən keçmək istəmişdir. Şəxsh oğlu ilə aralarındakı mübahisə 4-5 dəqiqə davam etmiş, ətrafda toplaşan tanımadığı şəxslər ona kömək edərək onları ayırmışlar. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov tərəfindən qəbul edilmiş 04 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 1-ci PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 1312 saylı, 05.10.2021-ci il tarixli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyunun ön səthinin yuxarı 1/3-nin, boyunun sağ yan səthinin yuxarı 1/3-nin sıyrıqları, sağ çiyin nahiyyənin qançırı. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi, məsuliyyətini yüngülləşdirən hal peşman olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar