Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3460/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də inşaat fəhləsi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1558/2024 saylı icra sənədinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)- 1118/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 235 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Tələb borclunun əmək haqqında yönəldilmiş və hər ay tutmalar aparılmışdır. Lakin, xx.xx.2025-ci ildə borclu iş yerində istehsalat qəzası keçirərək xəsarət almış və əmək qabiliyyətini müvəqqəti itirmişdir. Qeyd edilən hal “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” aktla da öz təsdiqini tapmışdır. Həmin vaxtdan sonra indiyə kimi Şəxs işə çıxmır və ona əmək haqqı hesablanmır. Bu səbəbdən də əmək haqqından tutmalar aparılmır. Bu müddət ərzində borcluya iş yerində bülletenə görə pul hesablanmış və həmin məbləğdən tutma aparılmışdır. Həmin məbləğ isə çox az olduğundan alimentə görə cəmi 130 manat tutulmuşdur. Borclu bu gün də işə çıxa bilmir, ona görə də ödəniş etə bilmədiyini bildirir. Tələbkar isə şikayət edərək borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş edir. Borclunun digər gəlirləri və ya əmlakı müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o aliment borcunun ödənilməsindən yayınmır. Rəsmi iş yeri var, aliment onun əmək haqqına yönəldilmiş və vaxtlı-vaxtında ödənişlər təmin edilmişdir. Lakin, xx.xx.2025-ci ildə işlədiyi yerdə istehsalat qəzası keçirmiş, qolunun vətərləri kəsilmiş və buna görə uzun müddətdir ki, əmək qabiliyyətini itirmişdir. Qeyd etdiyi hal “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” aktla da öz təsdiqini tapır. Aldığı xəsarətə görə cərrahi əməliyyat da keçirmişdir. Hazırda da vizual şəkildə göründüyü kimi bir qolu sarğıda asılı vəziyyətdədir və buna görə işləyə bilmir. Bülletendə olduğu vaxt ona hesablanmış kompensasiyanın 70 faizi də tələbkarın hesabına köçürülmüşdür. Lakin, bülletenə görə hesablanmış kompensasiya az olduğundan alimentə görə 130 manat ödəniş olmuşdur. O, aliment borcunu etiraf edir və ödəməkdən yayınmır, həmin məbləği ödəyəcək, lakin hazırda səhhəti müvəqqəti işləməyə imkan vermir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədi üzrə ödəniş etməkdən qərəzli olaraq yayınmır. O, işlədiyi vaxt hər ay əmək haqqında tutmalar aparılmışdır. Lakin, istehsalat qəzası keçirərək ağır xəsarət aldığı və hazırda buna görə müvəqqəti işə çıxa bilmədiyi üçün əmək haqqından tutmalar aparılmır. Göründüyü kimi borclunun əməlində hər hansı qərəz yoxdur. Göstərilən halları, yəni borclunun əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1558/2024 saylı icra sənədindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-1118/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 235 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1558/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” aktdan görünür ki, 15.08.205-ci ildə iş yerində bədbəxt hadisə nəticəsində "xxxx" MMC-də fəhlə işləyən Şəxs dərəcəsinə görə az ağır bədən xəsarətləri almış (sol saidin aşağı 1/3-nin öniç səhtinin kəsilmiş yarası. Orta sinirin və İ-İİ barmaqlarının bükücü vətərlərinin kəsilməsi), bu səbəbdən əmək qabiliyyətini müvəqqəti itirmişdir. İş materiallarında olan tibbi sənədlərdə Şəxs cərrahi əməliyyat keçirməsi və aşağıdakı xəsarətlərinin olması qeyd edilmişdir: sol saidin aşağı 1/3-nin ön-iç səhtinin kəsilmiş yarası. Orta sinirin və İ-İİ barmaqlarının bükücü vətərlərinin kəsilməsi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1558/2024 saylı icra sənədinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-1118/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 235 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Tələb borclunun əmək haqqında yönəldilmiş və hər ay tutmalar aparılmışdır. Lakin, xx.xx.2025-ci ildə borclu iş yerində istehsalat qəzası keçirərək xəsarət almış və əmək qabiliyyətini müvəqqəti itirmişdir. Qeyd edilən hal “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” akt və digər tibbi sənədlərlə də öz təsdiqini tapmışdır. Həmin vaxtdan sonra indiyə kimi Şəxs işə çıxa bilməmiş, ona əmək haqqı hesablanmamış və bu səbəbdən də əmək haqqından tutmalar aparılmamışdır. Bu müddət ərzində borcluya iş yerində bülletenə görə kompensasiya hesablanmış və həmin kompensasiya məbləğinindən 70 faiz olmaqla 130 manat alimentə görə tutma aparılmışdır. Borclu müvəqqəti əmək qabiliyyətini itirməsi səbəbindən işə çıxa bilmədiyi üçün icra sənədi üzrə hazırda 1810 manat aliment borcu yığılmışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən hazıki halda borclu Şəxs aliment borcu üzrə ödənişlər etməməsi üzrlü səbəb kimi qiymətləndirilməlidir. Belə ki, borclu işlədiyi müddətdə onun əmək haqqından tutmalar aparılmış və hazırda borclu öz iradəsindən asılı olmayan səbəbdən - iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işə çıxa bilmədiyi üçün ona əmək haqqı hesablanmamış və əmək haqqından tutmaların aparılması mümkün olmamışdır. Borclunun digər gəlirləri və ya mülkiyyətində hər hansı əmlakının olması da müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə iclasında təqdim edilmiş tibbi sənədlər və borclunun vizual görünüşündən də onun aldığı xəsarətlərlə bağlı hələ də əmək qabiliyyətini bərpa etmədiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3460/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3460/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver