Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3461/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs müdafiəçisi, Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 5/81, mənzil 15 ünvanında olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 dekabr 2015-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) məbləğində vəsaiti 30 noyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, həmçinin protokolu tərtib orqanın nümayəndəsi ərizə ilə EMİS vasitələ göndərdiyi ərizədə bəyənnamlərdə avans ödənişi tam bağlandığından iş üzrə icraata xitam verilməsinə etiraz edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi, vəkili Vəkil bildirmişdir ki, Mərkəzi bankın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və digər şəxslərin izahatları alınmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam hərtərəfli öyrənilməmiş, inzibati xəta tərkibinin mövcudluğunun sübut olunması üçün heç bir əlavə sübut toplanmamışdır. Məhkəmədən protokolun ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, vəsatətində qeyd etdiklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) məbləğində vəsaiti 30 noyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-ə tam olaraq təqdim etməmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən həmin tarixdə 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) "xxxx" ASC-nin hesabına köçürülmüşdür. -Şəxs müdafiəçisi, Vəkil vəsatətindən görünür ki, Mərkəzi bankın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə kİ, Mərkəzi Bank tərəfindən hüquqi şəxs "GLOBAL İN- GROUP” MMC-in barəsində Azərbaycan Respublikası ilə tərtib olunmuş EP ******* nömrəli 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolun tərtib olunmasına səbəb Şəxs MMC tərəfindən 70483.00 Avro məbləğində vəsaitin bank vasitəsi ilə 30 noyabr 2023-cü ii tarixdə avans olaraq ölkə xaricinə köçürülməsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının” 4,3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq Ödənişin aparıldığı gündən 2(iki) il müddətində 70483.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlər) ölkəyə idxal edilməməsi və həmin məbləğdə valyuta vəsaitinin geri qaytarıİmaması olmuşdur. Lakin nəzərə almaq lazımdır ki. EP ******* nömrəli 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol "xxxx" MMC-in səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş, bununla bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və digər şəxslərin izahatları alınmamış, mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar tam hərtərəfli öyrənilməmiş, inzibati xəta tərkibinin mövcudluğunun sübut olunması üçün heç bir əlavə sübut toplanmamışdır. Belə ki, Şəxs MMC ilə EMSA ENERJİ VO PAZAKLAMA DİŞ rtCARƏT şirkəti arasında 05 iyul 2022, 29 iyun 2022, 25 may 2023 və 31 yanvar 2024-cü il tarixli müqavilələr vardır və həmin müqavilələrə əsasən alqı-satqı həyata keçirilir. tam və ya hissə-hissə ödənişlər olunur Mərkəzi Bank hesab etmişdir ki, "xxxx" MMC tərəfindən 70483.00 Avro məbləğində vəsaitin bank vasitəsilə 30 noyabr 2023-cü il tarixdə avans ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2(iki) il müddətində /0-183.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlər) ölkəyə idxal edilməmiş yaxud da həmin məbləğdə valyuta vəsaiti geri qayltınlmamışdır. Əslində isə belə deyil, 21 aprel 2024-cü il tarixli **********2645 nömrəli və 14 avqust 2024-cü il tarixli 0124.********** nömrəli bəyannamələrə əsasən qeyd olunan avans ödənişinə görə ölkəyə mallar gətirilmişdir. Bəyannamələrin məzmununa baxdıqda sözügedən 30 noyabr 2023-cü il tarixli ödəniş tapşırığında qeyd olunan müqavilə nömrəsi (29 iyun 2022) və İNVOİCE AZ20222906 eyni olması görünür, Deməli, qeyd olunan bəyannamələrlə müəyyən olunur ki, 30 noyabr 2023cü il tarixli ödəniş tapşırığına əsasən ölkəyə mallar gətirilmişdir, İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut elməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. İnzibati orqan tərəfindən toplanmış inzibati xəta haqqında materiala baxılaraq gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Elektron məhkəmə sisteminə əlavə olunmuş sənədlərdən görünür ki, Mərkəzi Bank obyektiv reallığın obyektiv reallığın ortaya çıxarılması üçün ətraflı araşdırma aparmamış, əlavə səndələr izahatlar toplanmadan səthi araşdırma apararaq hüquqi şəxs Şəxs MMC-in barəsində inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib etmişdir. Odur ki, inzibati orqan tərəfindən həmin hissədə iş üçün mühüm əhəmiyyət kəsb edən həmin faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdin 3) Kapital Bank ASC-in 15 yanvar 2025-ci il tarixli 358 nömrəli cavab məktubundan görünür ki. Şəxs MMC tərəfindən EMSA ENERJİ VƏ PAZARLAMA DİŞ TİCARƏT şirkətinin xeyrinə edilmiş 30 noyabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən 70483.00 Avro məbləğində avans ödənişi **********2645 və 0124********** nömrəli gömrük bəyannamələri ilə tam bağlanılmışdır (57406.50+13076.50=70483.00) - "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, -Şəxs MMC tərəfindən “EMSA ENERJİ PAZARLAMA VE DİŞ TİCARET” şirkətinin xeyrinə aparılmış avans ödənişləri gömrük bəyannamələri ilə tam bağlanılmışdır. - Protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə əlavə etdiyi ərizəsində bildirmişdir ki, qeyd olunan bəyannamələrlə avans ödənişi tam bağlandığından iş üzrə icraata xitam verilməsinə etiraz edilmir. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədiyi, işlər görülmədiyi və ya xidmətlər göstərilmədiyi hallarda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati xəta tərkibi yaranır. İXM-in 12.1-ci maddəsində əməlin inzibati xəta hesab edilməsi üçün 4 şərt müəyyən olunmuşdur ki, həmin şərtlər əməlin İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməsindən, hüquqazidd olmasından, təqsirli sayılmasından, inzibati məsuliyyətə səbəb olmasından ibarətdir. İnzibati xəta haqqında protokol üzrə formal olaraq inzibati xəta tərkibi mövcud olsa da, fakt üzrə İXM ilə qorunan hər hansı ictimai münasibətə qəsd edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində ölkə xaricinə köçürülmüş 70483.00 (yetmiş min dörd yüz səksən üç avro) məbləğində vəsait xx.xx.2026-cı il tarixində ölkə xaricindən “GLOBAL İN-GROUP MMC-nin hesabına tam olaraq daxil olduğundan iqtisadi fəaliyyətə ziyan vurulmamış, valyuta tənzimi qaydaları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3461/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3461/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver