Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3475/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi müfəttişi Nümayəndə iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yardımlı rayonu, Horonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 müfəttişi, Nümayəndə bildirmişdir ki, 2 saylı X2 tərəfindən Yaşıldərə yaşayış massivində aparılmış monitorinqlər nəticəsində müşahidəçilər tərəfindən Şəxs məxsus fərdi yaşayış evində qanunsuz olaraq su təchizatı müəssisələrinin heç bir icazə sənədi olmadan su təchizatına qoşulma faktı aşkar edilmişdir. Müşahidəçilərin məlumatına əsasən orada baxış keçirilmiş və çəkiliş aparılmışdır. Beləliklə, Şəxs məxsus fərdi yaşayış evində qanunsuz olaraq heç bir icazə sənədi olmadan su təchizatına qoşulma faktı təsdiq edilmişdir. Buna görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, inzibati icraat başlanılmışdır. Protokolun qüvvədə qalmasını xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi ünvanında fiziki şəxs Şəxs məxsus fərdi yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar olunmuşdur. Bu fakt xx.xx.2025-ci il tarixli 000542 nömrəli akt, fotoşəkillərlə təsdiq olunur. İş materiallarında olan "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000542 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində Şəxs məxsus fərdi yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar olundu. Belə ki, o, heç bir icazə sənədi, müqaviləsi və sayğac olmadan su təchizatı şəbəkəsinə 20 mm-lik plastik boru vasitəsilə qanunsuz olaraq qoşulmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, yaşayış evi inşa olunan zaman su xətti çəkərək şəbəkəyə qoşulmuşdur. Qoşulma onun tərəfindən aparılmışdır. İcazə sənədləri, sayğac və ya müqaviləsi yoxdur. Qısa zamanda qeyd olunan halın aradan qalxacağına söz verir. Məhkəmə hesab edir ki, Şəxs qanunsuz olaraq su təchizatı şəbəkəsinə qoşulmaqla suyu talaması faktı protokol tərtib etmiş orqanın məhkəmə iclasında verdiyi izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3475/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3475/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver