Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3488/2025 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, "xxxx" MMC-də Paketləmə sahəsinin qrup rəhbəri işləyən, Cəlilabad rayonu, Cəlilabad şəhəri, X8 küçəsi, ev 18 ünvanında qeydiyyatda olan və ünvan 2 (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında 24 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215 və 222-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Paketləmə sahəsində qrup rəhbəri işləyir. Onun vəzifəsi işçilərin işə gəlib-gəlməməsini yoxlamaq və işə nəzarətdir. O, işçiləri həftədə 3 dəfə əlcəklə təmin edir. Əgər bu müddət daxilində hər hansı işçinin əlcəyi zədələnərsə, bu halda ona yeni əlcək verir. O, işçiləri əməyin təhlükəsizliyi ilə bağlı təlimatlandırıb, hətta bununla bağlı Zərərçəkmiş şəxs imzası da var. Lakin hadisə baş verən gün işçiləri təlimatlandırmamışdır və Zərərçəkmiş şəxs ondan əlcək istəməmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən gün fərdi mühafizə vasitələri ilə, o cümlədən əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmamış və əlcəklə təmin olunmamışdır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi Zərərçəkmiş şəxs izahatı, məhkəmə-tibbi və məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1317 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön-iç səthinin kəsilmiş yarası. Orta sinirin və 1-2-ci barmaqların bükücü vətərlərin kəsilməsi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə, ola bilsin ki, zərəçəkənin göstərdiyi şəraitdə kafel parçasının sol saidi kəsməsi nəticəsində əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6284 saylı əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, "xxxx"MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tututlmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılması keramik plitənin qırılması zamanı sonuncunun əlindən xəsarət almasına gətirib çıxarmışdır. Baş vermiş hadisə ilə əlaqədar, “Əməyin mühafizsəi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.5ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx"MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə, “Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.5-ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələbləri cəmiyyətin əməyin mühafizəsi üzrə mühəndisi tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Zərərçəkmiş şəxs fərdi mühafizə vasitəsilə təmin olunmadan istehsalat sahəsində işlərin görülməsinə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, təhqiqat rəyinin verdiyi müvafiq rəyə əlavə olaraq qeyd olunur ki, Zərərçəkmiş şəxs baş verən mövcud hadisəsində xəsarət almasının səbəsi işçinin özünün ehtiyatsızlığı və fərdi mühafizə vasitələrindən olan əlcək və qolluğun olmamasıdır. Qeyd edilən fərdi mühafizə vasitələrinin verilməməsi qrup rəhbəri Şəxs məsuliyyətidir. İş materiallarında olan 01 nömrəli “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” altdan görünür ki, Bədbəxt hadisənin baş verməsində "xxxx" MMC-nin fəhləsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ehtiyatsızlığı, Paketləmə sahəsinin qrup rəhbəri Şəxs cavabdehliyi ,cəmiyyətin əməyin mühafizəsi üzrə mühəndisi X3 nəzarətsizliyinə görə cavabdehliyi və Cəmiyyətinin direktoru Zhiyi Wangın cavabdehliyi müəyyən edilmişdir. İş materiallarında olan X4 Xidmətinin istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar 120 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Zərərçəkmiş şəxs sol əlin aşağı hissəsinin travması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Kimya Sənaye parkının xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış aktından görünür ki, işçi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixində saat 16:00-da işə gəlmiş və öz əmak funksiyasına uyğun olaraq işə başlamışdır.Təxminən saat 20:40 radələrində zavodun, keyfiyyətə nəzarət sahəsində konveyer üzərində hərəkət edən, üzərində qüsur olan 120x60 sm ölçüdə keramik plitəni götürən zaman plitə konveyerin dəmir çııxntısına dəymiş və havada qırılmış nəticədə Zərərçəkmiş şəxs oglu sol biləyini kəsərək xasarat almışdır. Hadisənin baş verməsi Zərərçəkmiş şəxs ehtiyatsızlığından baş vermişdir. İş materiallarında olan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun xx.xx.2025-ci il tarixli “xəstə müraciəti barədə” məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə müəssisədə stasionar müalicə almışdır. Diaqnoz: sol saidin aşağı 1/3-nin ön-iç səthinin kəsilmiş tikilmiş yarası. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, həmin gün bilavasitə rəhbəri Şəxs ona təlimat keçməyib və fərdi mühafizə vasitələri ilə təmin etməyib. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-də Paketləmə sahəsində qrup rəhbəri vəzifəsində işləyən Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda u Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3488/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3488/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver