Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3489/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 oktyabr 2021ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. Protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 oktyabr 2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Müstəqil Auditorun 06.11.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Auditorlar Palatasının 02 noyabr 2020-ci il tarixli SA/408 №-li icazəsinə əsasən fəaliyyət göstərən X7 Elçin Vaqif oglu sifarişçi ilə bağlanmış 01 noyabr 2021-ci il tarixli 05 saylı müqaviləyə əsasən Şəxs 01.01.2019-cu il tarixli 01.01.2020-ci il tarixinədək maliyyə-təsərrüfat hesabatlarının audit yoxlaması X6 tərəfindən aparılmışdır. Yoxlama noyabr 2020-ci il tarixdə başlayıb, 06 noyabr 2020-ci il tarixdə başa çatdı. Audit yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin rəhbəri məsuliyyət daşıyır. Onun vəzifəsi həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə vəziyyəti (maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə), illik mühasibat hesabatları maddələrinin doğruluğuna qiymət verməkdir və o, yalnız bu rəydə əks olunmuş mülahizələrinə görə məsuliyyət daşıyır. Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədilə qüvvədə olan audit standartlarının tələblərinə uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlar yerinə yetirmişdir. Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici material yoxladılmış, habelə sifarişçi-təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir. Audit yoxlaması zamanı 2019-cu il hesabatlarında müəssisənin gəlirləri ********.60 manat təşkil etmişdir.Xərclər isə ********.79 manat təşkil etmişdir. Müəssisə həmin il üçün 1016032.81 manat xeyirlə başa vurmuşdur. Bundan əlavə olaraq 508016.41 manat məbləğində mənfəət üzrə azadolmalar və güzəştlər 5№-li əlavə ilə göstərilmişdir. Mənfəət vergisi 101603.28 manat təşkil edilmişdir. Yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər audit sübutu toplamışdır. Maliyyə hesabatları 01.01.2020-ci il tarixinə bütün mövcud aspektlər müəssisənin faktiki maliyyə vəziyyətinin "01" yanvar 2019-cu ildən "01" yanvar 2020-ci ilə kimi olan dövr ərzində əməliyyatlarının nəticələrinin düzgünlüyünü göstərməklə Azərbaycan Respublikasında maliyyə hesabatlarının tərtibi və mühasibat uçotu üzrə qanunvericilik ve normativ aktların tələblərinə müvafiqdir. Rəy 06 noyabr 2020-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində ikincisi isə Sərbəst Auditor X1. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə Təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi” Qaydalarının: 3.4-cü bəndinə görə Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. 3.5-ci bəndinə görə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. 5.2-ci bəndinə görə maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)....Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3489/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3489/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver