Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3492/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası ƏM-nin 25.2-ci maddəsinə əsasən Şəxs MMC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-97454/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin həmin sənədlər təqdim olunmamışdır. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt vətəndaşın müraciəti ilə təsdiq edilir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən DƏMX nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş X2 Azərbaycan Respublikası Prezident Administrasiyasına 2023-2025-ci illər ərzində Şəxs MMC-də işləməsinə baxmayaraq, əməkhaqqı almamasına görə şikayətlə müraciət etmişdir. X1 şikayəti araşdırmaq məqsədi ilə Şəxs MMC-ə xx.xx.2025-ci il tarixli sorğu məktub göndərilmiş və 7 iş günü ərzində zəruri sənədləri təqdim etmək xahiş olunmuşdur. Həmin sorğu məktubu “ASİS” sistemi vasitəsilə Şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin Şəxs MMC bu günədək zəruri sənədləri təqdim etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Vətəndaşın müraciətinə cavab vermək və lazımi tədbirləri görmək üçün Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmədən Şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 16 dekabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası ƏM-nin 25.2-ci maddəsinə əsasən Şəxs MMC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-97454/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin həmin sənədlər təqdim olunmamışdır. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəxs MMC-in rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-97454/2025 nömrəli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti ilə əlaqədar Şəxs MMC-ə 07 (yeddi) iş günündən gec olmayaraq zəruri sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmişdir. İş materiallarında olan Şəxs MMC-in rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-110583/2025 nömrəli məktubdan görünür ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsilə əlaqədar 3-17-5/2-97454/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilmiş, lakin tələb olunan sənədlər tam təqim edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-il il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə və ya video konfrans vasitəsilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 539.3-ci maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati xəta haqqında protokolun mahiyyətindən görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası ƏM-nin 25.2-ci maddəsinə əsasən Şəxs MMC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-97454/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, həmin sənədlər təqdim edilməmişdir. Nəticədə, Şəxs MMC-nin direktoru Asiman Abdullayev Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Cəmiyyət rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3- 17-5/2-87454/2025 nömrəli səlahiyyətli şəxsin məktubun surəti iş materiallarına əlavə edilsə də, həmin məktubun hüquqi şəxsə çatması ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. ASİS sistemindən sənəd göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir ki, ASİS vasitəsi ilə hansı sənədin göndərilməsini özündə ehtiva etdiyi məlum deyil. Bundan başqa xx.xx.2025-ci il tarixli 3-17-5/2-97454/2025 nömrəli məktub rəis müavini Sadiq Əliyevin adından tərtib edilsə də, ASİS sisteminə rəis müavini Anar Şabanov tərəfindən yerləşdirilmişdir. Bu hal da, ASİS-ə yerləşdirilən sənədin, məhz xx.xx.2025-ci il tarixli 3-17-5/2-97454/2025 nömrəli məktub olmasında əlavə şübhələr yaradır. Bununla da, Şəxs MMC-yə sənədlərin təqdim olunması ilə bağlı məktubun lazımı qaydada çatdırılması sübuta yetirilmədiyindən Cəmiyyət İXM-in 539.3-cü maddəsi ilə təqsirli hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə birbaşa və ya Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3492/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3492/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver