Məhkəmə qərarları › İş №3(060)-3510/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3510/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3510/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin Yolpatrul xidməti inspektoru polis baş serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsinin polis baş serjantı X6 tərəfindən Şəxs barəsində 25.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələri ilə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, o Sumqayıt şəhəri Ağaquliyev küçəsində dönmə işıq cihazından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün tərəfindən saxlanılmış, həkim müayinəsinə dəvət edilmiş, həkim müayinəsində sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən imtina etmişdir. Mikroavtobusu idarə etmək üçün müvafiq katiqoriyasının olmadığı aşkarlanmışdır. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi Yol-patrul xidməti inspektoru polis baş serjantı X6 izahat verərək bildirdi ki, sürücü Sumqayıt şəhəri, Ağaquliyev küçəsində dönmə işıq cihazından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Onunla ünsiyyət zamanı sərxoş olduğu açıq aşkar hiss olunduğundan, həkim müayinəsinə dəvət edilmişdir. Həkim müayinəsində sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən imtina etmişdir. Mikroavtobusu idarə etmək üçün müvafiq D kateqoriyasının olmadığı aşkarlanmışdır. Həkim müayinəsindən keçən zaman qəsdən ad və soyadını səhv demişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, yol polis əməkdaşları ona yaxınlaşan gün həqiqətən içkili olmuşdu, ancaq həmin Mikoravtobusu idarə etməmişdir. Mikroavtobusda həmin vaxt nasazlıq olduğundan Mikoavtobusu itələmişdir. Həmin vaxt YPX-nin əməkdaşları ona yaxınlaşıb sənəd istəmişlər. O, sənəd təqdim etməmişdir. Onun D kateqoriyası yoxdur. Həkim müayinəsinə gedərkən özü qəsdən başqa şəxsin adını vermişdir. Çünki mikroavtobusu o idarə etməmiş, o mikroavtobusu itələmişdir. YPX-nin əməkdaşlarının onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, sürücü Şəxs Sumqayıt şəhəri, Ağaquliyev küçəsində dönmə işıq cihazından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmışdır. Avtopatrulda onunla birlikdə Bəhruz Ələmov idi. Sürücü ilə ünsiyyət zamanı sərxoş olduğu açıq aşkar hiss olunduğundan, həkim müayinəsinə dəvət edilmişdir. Sürücü sənəd təqdim etməmişdir. Həkim müayinəsində sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən imtina etmişdir. Mikroavtobusu idarə etmək üçün müvafiq D kateqoriyasının olmadığı aşkarlanmışdır. Həkim müayinəsindən keçən zaman qəsdən ad və soyadını səhv demişdir. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, X4 əməli 343.4-cü maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidi və protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, Şəxs İXM-nin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədəki izahatını özünü müdafiə xarakterli hal kimi qiymətləndirir və onun inzibati məsuliyyətdən yaxa qurtarması üçün verilən ifadə kimi qiymətləndirir. İş materialına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 2029 №li 25.10.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Şəxs müayinədən imtina etmişdir. İXM-nin 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən, saat 17:55-dən hesablansın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar