Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3513/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, 01.01.1998-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və Tərtər rayonu, Şırx-arx qəsəbəsi ünvanında yaşayan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* №-li, 18.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Musayev İsmayıl Sabir oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: Musayev İsmayıl Sabir oğlu Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şikayət ərizəsində imzası mövcud deyildir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.4cü maddəsinə əsasən müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır. Protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* №-li, 18.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Musayev İsmayıl Sabir oğlu tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3513/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3513/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver