Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-352/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt regional dövlət yanğın nəzarəti şöbəsinin inspektoru Aqil Quliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 1/2-nin arxası olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində 28 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 28.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 1/2-nin arxasında yerləşən Şəxs MMC-yə məxsus lonbardda planlı yanğın texniki müayinə zamanı aşağıda nöqsanlar aşkar olunmuşdur. (YTQ 01-2001 bənd 1.9-1.9.12; bənd 6.1- 6.10) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 fevral 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 17.01.2022-ci il tarixli, 0095 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY221699924 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə Şəxs MMC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, yaşayış məntəqələrinin və müəssisələrin ərazilərinin saxlanılması (YTQ № 01-2001 bənd 1.9-1.9.12); binaların, tikililərin və otaqların saxlanılması (YTQ № 01-2001 bənd 4.1-4.17); yanğına qarşı su təchizatının vəziyyəti (YTQ № 01-2001 bənd 8.1-8.8) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 24.01.2022ci il tarixli 0178 №-li qərardan görünür ki, Şəxs MMC-də 24.01.2022-il tarixdən 28.01.2022-ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənsinin 28.01.2022-ci il tarixli 0178 №li aktından görünür ki, Şəxs MMC-də yoxlama zamanı elektrik qurğuları normativ sənədlərin tələblərinə uyğun istismar edilməyib (YTQ 01-2001 bənd 6.1-6.10) və Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələri (YTQ 01-2001 bənd 1.9-1.9.12) yerinə yetirilməyib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 1/2-nin arxası olan Şəxs MMC-də müayinə zamanı elektrik qurğuları normativ sənədlərin tələblərinə uyğun istismar edilməyib (YTQ 01-2001 bənd 6.1-6.10) və Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələri (YTQ 01-2001 bənd 1.9-1.9.12) X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da Şəxs MMC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 1/2-nin arxası olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-352/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-352/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver