Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-352/2023 06.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 06 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli məktəbin yanında xx.xx.2023-cü il tarixdə saat 03:25 radələrində PPX-nin əməkdaşlarının işinə maneə olduğu üçün və qanuni tələbini yetirməməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 06 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokol uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları Oruc, Ramil və Mahsumla birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində olarkən PPX-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdilər. O, sərxoş halda olduğu üçün söhbət zamanı PPX-nın əməkdaşları ilə aralarında söz mübahisəsi baş vermişdir. Bu zaman PPX-nın əməkdaşları onu avtopatrula əyləşdirmək istədikdə o, buna öz etirazını bildirmişdir. Təkrar onu avtopatrula əyləşdirib ərazi üzrə PBnə aparmaq istədikdə dostu Oruc polis əməkdaşlarına əngəl olmağa çalışdı. Bu zaman PPX-nın əməkdaşı qaz balonundan (bibər qazından) istifadə edərk onları avtopatrula əyləşdirib ərazi üzrə PB-nə gətirmişlər. Hal-hazırda törətdiyi əməldən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid raport tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin PPXT-nun polis nəfəri, polis serjantı X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 9175 cağrışlı avtopatrulda saat 03:25 radələrində postaçı yoldaşı polis kiçik serjantı Ceyhun Abdullayev və polis serjantı Əli Hüsyenli ilə birlikdə 3-cü mikrorayon ərazisində xidmət apardıqları zaman “Kia Rio minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxslər onları görüb qəfil ərazidən uzaqlaşdılar. Təkrar onlar 4-cü mikrorayon, 14 saylı məktəbin ərazisində gördüklərindən ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı onlara yaxınlaşmışlar. Həmin avtomobildə olan 4 nəfər şəxsə özlərini təqdim etdikdən sonra vətəndaşlardan biri adını sonradan bildiyi Şəxs kəskin sərxoş halda olduğundan onlarla kobud danımağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də o öz hərəkətlərinəd davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu avtopatrula əyləşdirib ərazi üzrə PB-nə aparmaq istədikdə adını sonradan bildiyi Oruc Məmmədov onlara maneə olduğundan bibər qazından istifadə edərk onları avtopatrula əyləşdirib ərazi üzrə PB-nə gətirmişlər. İş materialında olan 06 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 fevral 2023-cü il tarixdə saat 03:25-də inzibati qaydada tutulmuş və 06 fevral 2023-cü il tarixdə, saat 10:00-da azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, X3 İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 150,00 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-352/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-352/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver