Məhkəmə qərarları › İş №3(060)-3522/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3522/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3522/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: X1 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə 07.08. 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun məhkəməyə göndərilməsi barədə X1 Xidmətinin 24 dekabr 2025ci il tarixli müşayiət məktubunda qeyd edilmişdir ki, Şəxs MMC-nin direktoru X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə icraat başlandıqdan sonra, həmin icraatın başlanmasına əsas olmuş, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-5712/2025 nömrəli qərarı ilə ləğv edilmiş və icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”nin məhkəmə aktlarının elektron bazasından əldə edilmiş çıxarışdan məlum olur ki, Art-proje MMC-nin direktoru barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar üzrə icraata xitam verilmə barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)- 5712/2025 nömrəli qərarı apellyasiya qaydasında mübahisələndirilməmişdir. Görünən odur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar öz qanuni qüvvəsini almamış və mübahisələndirilərək məhkəmə qaydasında ləğv edilmişdir. Bununla da, İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Məhkəmə yuxarıda göstərilən əsasları İXM-in 53.1.1, 109.2-ci maddələrinə müddəalarına uyğun qiymətləndirməklə, həmçinin hüquqi şəxsin lüzumsuz olaraq məhkəmə araşdırmasına məruz qalmaması üçün inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105,109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar