Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3527/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonu, Qaraqoyunlu kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 29 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-473/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən 23.07.2021-ci il tarixdən etibarən 2 uşağın saxlanması üçün hər ay 350,00 manat aliment ödənilməlidir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 473/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən 15.02.2016-cı il təvəllüdlü Hüseynova Səma Natiq qızı və 09.04.2019-cu il təvəllüdlü Hüseynov Rəsul Natiq oğlu yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq icra sənədi üzrə tələbkar X3 verilməlidir. Borclu bu günə kimi borcundan heç bir ödəniş ödəməmişdir. Halhazırda tələbkar borcunu tam şəkildə ödəməsini tələb edir. Borclu icra idarəsinə dəvət edilmiş, İcra idarəsində olarkən icraata başlama haqqında bildiriş borcluya təqdim olunmuş, lakin borclu heç bir sənədə öz imzasını atmamış, oxuma və yazma qabiliyyəti olmadığından izahat verməmişdir. Borclu icra sənədi üzrə borcunu üzürsüz səbəbdən ödəmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X5 izahatında göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-473/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən 15.02.2016-cı il təvəllüdlü Hüseynova Səma Natiq qızı və 09.04.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq ona verilməlidir. Borclu bu günə kimi borcundan heç bir ödəniş ödəməmişdir. Hal-hazırda o, borcunu tam şəkildə ödəməsini tələb edir. Qeyd olunanların nəzərə alınaraq borclu barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-473/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən 15.02.2016-cı il təvəllüdlü Hüseynova Səma Natiq qızı və 09.04.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment ondan tutularaq icra sənədi üzrə tələbkar X3 verilməlidir. O azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyindən, üzərinə yaşadığı ərazidə günün müəyyən vaxtlarında tərk etməmək vəzifəsi qoyulmuşdur. Bu səbəbdən də o, heç bir yerdə işləmir və alimet ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 02.09.2021-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3527/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3527/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver