Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3528/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Materiallara Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilmişdir. Həmin protokolun “müəyyən edildi” hissəsinin nədən ibarət olmasını oxumaq mümkün olmamışdır. Belə ki, protokol elə tərtib edilmişdir ki, nə barədə, hansı əsaslara görə tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Protokolun qeyd edilən hissəsində hər hansı sözün oxunması qeyri-mümkün olmuşdur. Bundan əlavə müşayiət məktubunda yalnız Şəxs MMC barədə protokolun göndərilməsi qeyd edilsə də, materiallara həm Şəxs MMC barəsində, həm də MMC-nin direktoru barəsində tərtib edilmiş protokollar əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində yuxarıda qeyd edilən halı natamamlıq kimi qiymətləndirir və bu səbəbdən də işə mahiyyəti üzrə baxılmasının mümkün olmaması qənaətinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiallar geri qaytarılmaldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3528/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3528/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver