Məhkəmə qərarları › İş №3(060)-3529/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3529/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3529/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Ələkbərzadə Elsevər tərəfindən 29.10.2021-ci il tarixli, MN seriyalı ******* №li və 29.10.2021-ci il tarixli, MN seriyalı ******* №li, həmin Məcəllənin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsi DYPŞ YNHİ-nin polis kapitanı İsmayılov Əhməd tərəfindən 29.10.2021-ci il tarixli, AP seriyalı ******* №li protokollar tərtib olunmuşdur. 29.10.2021-ci il tarixli, MN seriyalı ******* və ******* №li protokollardan görünür ki, 29.10.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində PPX-nin əməkdaşlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, eyni zamanda həmin ərazidə PPX-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 29.10.2021-ci il tarixli, AP seriyalı ******* №li protokoldan görünür ki, sürücü Şəxs spirtli içki qəbul edərək sərxoş vəziyyətdə Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olarkən manevr qaydasını pozaraq dayanmış vəziyyətdə olan “CHEVROLET NİVA” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və avtomobilə zərər vurmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29.10.2021-ci il tarixli, MN ******* nömrəli, həmin Məcəllənin 510-cu maddəsi ilə 29.10.2021-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 333.3-cü maddəsi ilə 29.10.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3528/2021, 3(060)-3529/2021 və 3(060)-3530/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3530/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 29 oktyabr 2021-ci il tarixə, saat 16:20-yə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29.10.2021-ci il tarixli, MN ******* nömrəli, həmin Məcəllənin 510-cu maddəsi ilə 29.10.2021-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 333.3-cü maddəsi ilə 29.10.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3528/2021, 3(060)-3529/2021 və 3(060)- 3530/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3530/2021 nömrə ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar