Məhkəmə qərarları › İş №3(060)-3530/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3530/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3530/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Ələkbərzadə Elsevər tərəfindən 29.10.2021-ci il tarixli, MN seriyalı ******* №li və 29.10.2021-ci il tarixli, MN seriyalı ******* №li, həmin Məcəllənin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsi DYPŞ YNHİ-nin polis kapitanı İsmayılov Əhməd tərəfindən 29.10.2021-ci il tarixli, AP seriyalı ******* №li protokollar tərtib olunmuşdur. 29.10.2021-ci il tarixli, MN seriyalı ******* və ******* №li protokollardan görünür ki, 29.10.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində PPX-nin əməkdaşlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, eyni zamanda həmin ərazidə PPX-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 29.10.2021-ci il tarixli, AP seriyalı ******* №li protokoldan görünür ki, sürücü Şəxs spirtli içki qəbul edərək sərxoş vəziyyətdə Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olarkən manevr qaydasını pozaraq dayanmış vəziyyətdə olan “CHEVROLET NİVA” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və avtomobilə zərər vurmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.3, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək göstərdi ki, ona məxsus olan “NİSSAN SUNNY” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olan zaman dayanmış vəziyyətdə olan “CHEVROLET NİVA” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş sonuncuya zərər vurmuşdur. Sumqayıt şəhəri, Novxanı ərazisində PPX-nin əməkdaşları ilə mübahisə edən zaman nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, eyni zamanda həmin ərazidə PPX-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 6-cı hissəsinə görə sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli, motosikletdə isə motoşlemi düymələmi və sərnişinlərdən də mətəşlemi düymələməsini təmin etməlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 9190 №-li, 29.10.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (29.10.2021-ci il, saat 02:00-da) sərxoşluq vəziyyətinin olduğu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar