Məhkəmə qərarları › İş №3(060)-3535/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3535/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3535/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X2, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03.01.1970-ci ildə Qubadlı rayonu, Qaralar kəndində doğulmuş, subay, ali təhsilli, işləməyən, Qubadlı rayonu, Qaralar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən 01 noyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 31.10.2021-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhər polis idarəsinin qarşısında polisin ünvanına nalayiq küçə söyüşləri söyərək içtimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin sahə rəisi X3 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək göstərdi ki, Şəxs 31.10.2021-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhər polis idarəsinin qarşısında polisin ünvanına nalayiq küçə söyüşləri söyərək içtimai qaydanı pozduğu üçün Sumqayıt şəhər polis idarəsinin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PB-nə gətirilərək barəsində bölmə rəisinin adına raportla müraciət olunmuşdur. Sahə rəisi qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 31.10.2021ci il tarixdə çayxanada əyləşib çay içən zaman çayxana sahibi ilə aralarında sözlə mübahisə yaranmış, o, 4-cü PB-nə gedərək həmin çayxananın sahibindən şikayət etmiş və bu barədə ərizə ilə müraciət etmiş, sonra isə o, həmin şəxsin dərhal polis bölməsinə gətirilməsini tələb etmiş, bir az keçdikdən sonra isə o, Sumqayıt şəhər polis idarəsinin qarşısına gələrək orada dayanmış vətəndaşların gözləri qarşısında uca səslə polis əməkdaşlarının ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Bunu etməkdə heç bir məqsədi olmamış, sadəcə olaraq həmin gün öz yaşadığı evdə spirtli içki qəbul etdiyi üçün qeyd olunan hərəkətləri sərxoş olduğu üçün etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X5 izahatında göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin PPXT-da polis nəfəri işləyir. O, 31.10.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olduğu zaman, həmin gün təxminən saat 23:00 radələrində adının, soyadının və ata adının sonradan Şəxs olduğunu bildiyi şəxs Sumqayıt şəhər polis idarəsinin nəzarət buraxılış məntəqəsinin qarşısına gələrək orada vətəndaşların olduğu yerdə uca səslə polisin ünvanına nəlayiq küçə söyüşləri söyməyə başlamışdır. O, və ora gəlmiş PPXT-nun digər əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinin davam etdirməyə başlamışdır. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin PPXT-da polis nəfəri işləyir. 31.10.2021-ci il tarixdə postaçı yoldaşı Sənan Zeynalovla birgə xidmətdə olduqları zaman efir vasitəsi ilə onların Sumqayıt şəhər polis idarəsinin qarşısına yaxınlaşmaları bildirilmişdir. Onlar dərhal deyilən yerə getmişlər, orada xidmətdə olan polis serjantı Elvin Qarayev onlara bir nəfər şəxsi təqdim edərək orada səs-küy saldığını, polisin ünvanına nəlayiq küçə söyüşləri söydüyünü bildirmişdir. Onlar həmin şəxsi avtopatrula əyləşdirən zaman, həmin şəxsin ağzından kəskin spirt iyi gəldiyini hiss etmişlər və həmin şəxsi aidiyyəti üzrə 4-cü PB-nə gətirmişlər. Sonra isə həmin şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün raportla bölmə rəsinin adına müraciət etdik. İş materiallarına əlavə olunmuş 31.10.2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs oğlu müayinə vaxtı (31 oktyabr 2021-ci il saat 23:340) orta alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş 31.10.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31.10.2021-ci il tarixdən 01.11.2021-ci il taixədək inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, şahid ifadələri və işdəki digər sənədlərlə (raport) ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs peşimançılığını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 05 gün müddətinə inzibati qaydada həbs edilsin və onun 01 gün müddətinə inzibati qaydada tutulduğu müddət hazırki inzibati həbsdən çıxılsın və üzərində qəti olaraq 04 gün müddətinə inzibati həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar