Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3539/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs-Nəcəfov Elxan Qənimət oğlunun iştirakları ilə, Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarından Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilən Nəcəfov Elxan Qənimət oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərar ilə Nəcəfov Elxan Qənimət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Nəcəfov Elxan Qənimət oğlu Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun direktoru olduğu "xxxx" MMC-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Metal Tor" sexinə 02.10.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gələrək həmin vaxt sexdə çalışan 3 nəfər işçinin maskadan düzgün istifadə etmədiklərini bildirməklə onlar barəsində protokol tərtib olunmuş və hər bir işçi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Bundan başqa polis əməkdaşı Anar Əliyev 02.10.2021-ci il tarixdə onun da barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etmiş və protokolda onun guya karantin rejimi qaydalarını pozmasnı qeyd edərək barəsində tərtib etdiyi İnzibati tənbehvermə haqqında MN ******* nömrəli Qərarla onu 4000 manat məbləğində cərimə etmişdir. Qərarın 02.10.2021-ci il tarixdə tərtib olunmasına baxmayaraq həmin qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşı Eldar adlı şəxs tərəfindən ona 25.10.2021-ci il tarixdə təqdim olunmuşdur. Onun tərəfindən karantin rejimi qaydalarını pozuntusuna yol verilməmişdir. Belə ki, protokoldan göründüyü kimi polis əməkdaşları həmin sexə saat 17:00 radələrində gəlmiş, həmin vaxt o sexdə olmamışdır. Bundan başqa orada çalışan 3 nəfər işçiyə maskadan düzgün istifadə etməmələri irad bildirilmiş və buna görə də onlar cərimə olunmuşlar, yəni onların barəsində tətbiq olunan cərimə sanitar gigiyena qaydalarına əməl etməmələri ilə bağlı olmuşdur. O hər ay işçiləri pandemiya ilə bağlı təlimatlandırmaqla onlara bu barədə tərtib olunmuş sənədlərə imza etdirmiş və bir rəhbər kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Nəcəfov Elxan Qənimət oğlu şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, protokolda onun guya karantin rejimi qaydalarını pozması qeyd edilərək MN ******* nömrəli Qərarla 4000 manat məbləğində cərimə edilmişdir. O hər ay işçiləri pandemiya ilə bağlı təlimatlandırmaqla onlara bu barədə tərtib olunmuş sənədlərə imza etdirmiş və bir rəhbər kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Nəcəfov Elxan Qənimət oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Nəcəfov Elxan Qənimət oğlu vəzifəli şəxs kimi tənbeh edilsə də bu qərarda öz əksini tapmamış, qərarda onun fiziki şəxs kimi məlumatları göstərilmiş, vəzifəli şəxs kimi məlumatları və vəzifəli şəxs kimi tənbeh edildiyi qərarda göstərilməmişdir. Qərarın tərtibi zamanı Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Pİ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada, hansı hərəkətlə törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilməli və inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Nəcəfov Elxan Qənimət oğlunun iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nə qaytarılmalıdır. Çünki hazırkı vəziyyətdə iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Nəcəfov Elxan Qənimət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə olunması barədə Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyevin MN ******* saylı, 02.10.2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Nəcəfov Elxan Qənimət oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3539/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3539/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver