Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-354/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 2-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 31 yanvar 2022-ci il tarixli MN seryalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 31.01.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də polisin qanuni tələbinə məhəl qoymadığı üçün İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur; Bundan başqa vətəndaş Şəxs 31.01.2022-ci il tarixdə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində xırda xuliqanləq etmişdir. İnzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 34.2, 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şəxs barəsində inzibati xəta haqqında ayrı ayrı 2 protokol tərtib edilmiş, lakin həmin işlər İXM-nin 34.2-ci maddəsinin tələbinə əsasən protokolları tərtib etmiş orqan tərəfindən qərardadla birləşdirilməli olduğu halda buna əməl edilmədən 2 protokol bir müşayət məktubu ilə məhkəməyə daxil olmuş, məhkəmədə də ayrı ayrı 2 ədəd protokol bir nömrə altında qeydiyyatdan keçmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin sahə rəisi tərəfindən birləşdirilmə qərardadı qəbul edilmədən inzibati xəta haqqında protokolları bir icraatda məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan inzibati protokollardan görünür ki, protokolda hadisənin baş verdiyi vaxt qeyd olunmamışdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir. Həmin Məcəllənin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokollar və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 31 yanvar 2022-ci il tarixli MN seryalı ******* №-li inzibati xəta haqqında protokollar və protokollara əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-354/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-354/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver