Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-354/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X1, Qərardan şıkayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlunun iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlu məhkəmə iclasında bildirdi ki, 12 yanvar 2024-cü il tarixdə etibarnamə ilə istifadəsində olan “KİA OPTİMA” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Azərbaycan prospektində qırıq-qırıq xəttdən keçərkən heç kimə məneə törətmədiyinə baxmayaraq qarşıda dayanan **-YP-*** dövlət qeydiyyatı nişanlı xidməti avtomobilini istifadə edən YPX əməkdaşı ona saxla işarəsi vermişdir. O, avtomobili saxlamış, YPX əməkdaşı ona nəqliyyat vasitəsindən düşməyini bildirmiş, o da nəqliyyat vasitəsindən düşərək avtopatrul avtomobilinə yaxınlaşmışdır. YPX əməkdaşları heç bir sübut olmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O, YPX əməkdaşlarına həmin protokol əsasında qərar qəbul edilməməsini və şikayət edəcəyini bildirmiş, lakin buna baxmayaraq YPX əməkdaşı tərəfindən qərar qəbul edilərək 80 (səksən) manat inzibati cərimə olunmuşdur. Qərarda göstərilən qanun pozuntusu onun tərəfindən pozulmamışdır. Ona görə də, o bu qərarı həqiqətə uyğun olmayan sənəd hesab edərək heç bir yerə imza etməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2 məhkəmə iclasında bildirdi ki, 12 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən Sumqayıt şəhəri, Azərbaycan prospektində “KİA OPTİMA” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozmuşdur. Həmin avtomaşın onun tərəfindən saxlanılmış, özünü təqdim etmiş və sürücüyə qayda pozuntusu izah edilmişdir. Sonra sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şıkayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlunun şikayətinin təmin olunmamasını və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlunun idarə etdiyi “KİA OPTİMA” markalı, **- VC-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə edərək yol hərəkəti qaydasını pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, Kərimzadə Murad Vəkil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş qayda pozuntusunu özündə əks etdirən videogörünrüdə qərardan şikayət vermiş şəxs Kərimzadə Murad Vəkil oğlunun idarə etdiyi “KİA OPTİMA” markalı, **-VC-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə edərək yol hərəkəti qaydasını pozmuşdur. Həmçinin izibati xəta haqqında materiallarda Kərimzadə Murad Vəkil oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan Kərimzadə Murad Vəkil oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-354/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-354/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver