Məhkəmə qərarları › İş №3(060)-3541/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3541/2025

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3541/2025 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32596276 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32596276 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində daxil olmuş SMS-lərə əsasən idarə etdiyim 77PC194 dövlət nömrə nişanlı, Skoda Kamiq markalı avtomobilə dair EQ32596276 saylı qərarın sistemə yerləşdirildiyi məlum olmuşdur. Həmin qərara əsasən xx.xx.2025-ci il tarixində saat 06:44-də Bakı-Qazax yolununun 49.2-ci km Qazax istiqamətində hərəkət edərkən İXM-nin 328.1-ci maddəsinin tələblərinin pozulması göstərilməklə 10 manat cərimə tətbiq edilmişdir. SMS-dən aydın görünür ki, hadisə xx.xx.2025-ci il tarixində saat 06:44-də qeydə alınsa da, hadisə barədə qərar xx.xx.2025ci il tarixində yəni qanunda nəzərdə tutulan bir günlük müddət kobud surətdə pozulmaqla verilməklə elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Belə ki, hadisə elektron vasitə ilə qeydə alındıqdan sonra 1 (bir) gün ərzində qərar verilməli və həmin gün elektron kabinetə yerləşdirilməli olduğu halda qərar 15 gün sonra verilməklə onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edir ki, qərarın surəti ona rəsmi qaydada verilməmiş, yalnız elektron sistem vasitəsi ilə online məlumat verilmişdir. Əlavə olunmuş elektron sistemdən çıxarışa əsasən qərardan aydın görünür ki, qərar hadisə qeydə alındığı tarixdən qanunda nəzərədə tutulan bir gün müddətdən uzun vaxt sonra verilməklə elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunsuzdur və onun məsuliyyətdən tam azad olunmağı üçün əsasdır. Qanunvericilikdə bu müddət istisnasız və birbaşa şəkildə müəyyən edilib və inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtdir. Məhkəmədən EQ32596276 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək inzibati məsuliyyətdən azad edilməyinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs və qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan “SMS RADAR” tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli EQ 32596276 nömrəli inzibati tənbeh vermə barədə elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 10 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32596276 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN BDYPİ-yə göndərilməlidir. Müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixində qeydə alınmasına baxmayaraq elektron qərar 15 gün sonra, yəni xx.xx.2025-ci il tarixində qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsi hüquqi şəxs tərəfindən verilən etibarnamə əsasında sürücünün istifadəsinə verilməsi ehtimalı nəzərə alınaraq DİN BDYPİ-yə məhkəmə bildirişlərindən əlavə sorğular ünvanlanmış və həmin sorğuya cavab verilməsi üçün xatırlatma məktubları göndərilmiş, buna baxmayaraq qərarı qəbul etmiş orqan məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin hər hansı sübut təqdim etməmişdir. İXM-in 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar 24 saat müddətində elektron kabinetə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 123-cü maddəsinə əsasən hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən hüquqi şəxsə müvafiq sorğu verilməli, həmin sorğuya 5 gün müddətində hüquqi şəxs tərəfindən cavab verilməli, vəzifəli şəxs belə məlumatı aldığı vaxtdan 3 gün müddətində qərar qəbul etməlidir. Göründüyü kimi “nəqliyyat vasitəsinin hüquqi şəxsə məxsus olub-olmaması”, olduğu təqdirdə “icraatın İXM-in 123-cü maddəsinin tələblərinə uyğun aparılıbaparılmaması” iş üzrə mühüm əhəmiyyət kəsb edən, araşdırılması zəruri olan faktiki hallardır. Bu səbəblərdən hazırkı mübahisələndirilən elektron qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılmalı, elektron qərar qəbul edilərkən inzibati xəta qanunvericiliyinin, xüsusən İXM-in 38.6 və ya 123-cü maddələrinin tələblərinə riayət edilib-edilməməsi yoxlanılmalı, həmçinin şikayətçinin araşdırmada iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 123.1-cü maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. xx.xx.2025-ci il tarixli EQ 32596276 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar