Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3544/2025 12.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 iştirakı ilə, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, EQ 32092752 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitələri dayanma və durma qaydaları pozulduğu halda-iyirmi manat məbləğində cərimə edilir. Ona bu inzibati xəta haqqında qərar yerdə parklanma xəttləri olmadığı üçün tətbiq edilmişdir. Halbuki, yerdə parklanma üçün xəttlər var və ona məxsus 50EX188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini düzgün şəkildə park edib. Görünür kamera uzaqda olduğu üçün cərimə zamanı parklanma xətti görünməmişdir. Bunu əlavə etdiyi fotoşəkillər təsdiq edir. Qeyd edir ki, fotoşəkil cərimə tətbiq olunandan dərhal sonra çəkilib. Cərimə olunan yerə baxış da keçirilə bilər. Göründüyü kimi şəkillərdə ziddiyyət mövcuddur. Yerdə parklanma xətti varsa, düzgün şəkildə park edən sürücüyə inzibati tənbeh tətbiq oluna bilməz. EQ 32092752 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməyini, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 bildirmişdir ki, avtomobilini park etdiyi yer parklanma üçün nəzərdə tutulmuş yerdir. Lakin, elektron qərara əlavə edilmiş fotoşəkillərdə həmin yerdə parklanma xətləri görünmür. Özünü telefon vasitəsilə çəkdiyi şəkillərdə yerdə parklanma xətlərinin olması aydın görünür. Həmçinin, fotoçəkilləri barəsində elektron qərar qəbul eldiyi vaxt çəkmişdir. Şikayətini müdafiə edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Ə.Həsənquliyev barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 «BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin nəqliyyat vasitəsinin dayandığı yerdə parklanma üçün xətlər mövcuddur. Məhkəmə qeyd edir ki, İXM-in 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Mübahisələndirilən elektron qərara əlavə edilmiş xüsusi texniki vasitənin göstəricilərində parklanma xəttləri görünməsə də, şikayətçi tərəfindən təqdim edilən fotoşəkillərdə həmin yerin parklanma üçün nəzərdə tutulduğu aydın görünür. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərlə, şikayətçinin mobil telefonu ilə çəkilmiş fotoşəkillərin xüsusi əlamətləri eyniləşdirildikdə ərazinin eyni olduğu öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, qeydə alınmış inzibati xəta hadisəsində inzibati xəta tərkibi mövcud deyil. Bununla da, İXM-in 53.1.2-ci maddəsinə əsasən Ə.Həsənquliyevin barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli EQ32092752 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3544/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3544/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver