Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-355/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt Şəhər polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən 31.01.2022-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 510-cu maddəsinə əsasən 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs 31.01.2022-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində xırda xuliqanlıq etmiş, saat 16:00 radələrində isə Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin inzibati binasında polisin qanuni tələbinə tabe olmayaraq bölmədə səs-küy salmışdır. Həmin materiallar Sumqayıt Şəhər Məhkəməsinə 01.02.2022-ci il tarixində daxil olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən 31.01.2022-ci il tarixli, MN ******* nömrəli və həmin Məcəllənin 510-cu maddəsinə əsasən 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılmadan geri qaytarılmalıdır. Belə ki, 31.01.2022-ci il tarixli, MN ******* nömrəli və 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar sadəcə bir ədəd məktub ilə məhkəməyə göndərilmişdir. Həmin protokolların hər biri ayrı-ayrılıqda onu tərtib etmiş orqan tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktublarla göndərilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan inzibati xəta haqqında materiallar onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-355/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-355/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver