Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3568/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X7 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1961-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar 04.11.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 01.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 01.11.2021-ci il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində ictimai yer olan küçədə ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, 01.11.2021-ci il tarixli raport əsasında vətəndaş Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 01.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki 01.11.2021-ci il tarixdə saat 17:35 radələrində vətəndaş Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılarkən o, ictimai yer olan küçədə nalayiq sözlər işlətmiş, ona öz qanunsuz hərəkətlərinə son qoyması bildirildikdə sonuncu polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərmişdir. Odur ki, vətəndaş Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki onu inzibati xəta haqqında protokolda qeyd olunan vaxtda, yəni 01.11.2021-ci il tarixdə saat 17:35 radələrində küçədə saxlamamışlar. 01.11.2021-ci il tarixdə axşam saatlarında o, dostu X9 ilə birlikdə çayxanada olmuşdur. Orada olarkən qızı Səbinə ona zəng edərək həyat yoldaşının özü özünü bıçaqladığını bildirmişdir. O da məsələ ilə bağlı evə getmişdir. Polis əməkdaşı ona zəng edərək kürəkəninin bıçaqlanması ilə bağlı şübhəli olduğunu bildirmiş, bölməyə çağırılmış və arxasınca polis maşını göndərilmişdir. Təxminən saat 22:00-23:00 radələrində polis maşını onun yaşadığı ünvana gəlmiş, o da heç bir müqavimət göstərmədən maşına əyləşmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Nicat Abduyev izahatında bildirdi ki, vətəndaş Şəxs 01.11.2021ci il tarixdə saat 17:35 radələrində vətəndaş Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılarkən o, ictimai yer olan küçədə nalayiq sözlər işlətmiş, ona öz qanunsuz hərəkətlərinə son qoyması bildirildikdə sonuncu polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərmişdir. Buna görə də Şəxs tərəfindən 3-cü PB-yə aparılmışdır. Məhkəmə iclasında çıxış edən şahid X5 izahatında bildirdi ki, Şəxs onun atasıdır. 01.11.2021-ci il tarixdə həyat yoldaşının özü özünü bıçaqlamasından xəbər tutmuş, o da bununla bağlı atasına zəng edərək məlumat vermişdir. Atası da axşam saat 20:00 radələrində evə gəlmişdir. Daha sonra saat 22:30 radələrində polis maşını atasının dalınca gəlmiş, atası da polis maşınına əyləşərək etiraz etmədən bölməyə getmişdir. Məhkəmə iclasında çıxış edən şahid X6 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Telman saat 17:00-dan evdən çıxıb çayxanaya getmiş, 20:00-da evə qayıtmışdır. Polis əməkdaşları onu evdən götürüb aparmışlar. Axşam saat 22:30 radələrində qapı döyülmüş, polis maşını ilə gəlmiş əməkdaşlar Telmanı kürəkənini bıçaqlamaqda şübhəli olduğuna görə polis bölməsinə aparmışlar. Məhkəmə iclasında çıxış edən şahid X9 izahatında bildirdi ki, 01.11.2021-ci il tarixdə Şəxs saat 17:00-dan 18:00-adək onunla birlikdə çayxanada olmuşdur. Ona zəng gəlmiş o da çayxanadan çıxıb evə getmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki inzibati iş üzrə şahidlər X1, X2, X4 izahatlarından görünür ki, vətəndaş Şəxs 01.11.2021-ci il tarixdə saat 17:35 radələrində tutulmamışdır. Şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Nicat Abduyevin izahatı şahidlər X1, X2, X4 izahatları ilə öz təsdiqini tapmadığından sübut kimi qiymətləndirilməməlidir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3568/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3568/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver