Məhkəmə qərarları › İş №3(060)-3577/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3577/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3577/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin 26.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair X3 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X6 şikayət şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin 26.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilik inzibati xəta haqqında qərardan şikayət verilməsini müəyyən etmişdir. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məhkəməyə qərardan şikayətlə müraciət edə bilər. Hazırkı ərizə ilə isə X1 Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsinə və ona əlavə sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin 26.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar