Məhkəmə qərarları › İş №3(060)-3580/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3580/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3580/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 05 noyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 05.11.2021-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat İmtahan şöbəsində polisin qanuni tələbinə qəsdən riayət etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 05.11.2021-ci il tarixdə şirkətlərinə məxsus “DAF yük” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilini texniki baxışdan keçməsi üçün Sumqayıt şəhri Qeydiyyat İmtahan şöbəsinə texniki baxışdan keçirilməsi üçün göndərmişdi. X17 oradan ona zəng edərək yük avtomobilində nasazlıq olduğunu bildirdi. O da yaşadığı ünvandan çıxaraq qeyd olunan ünvana getmişdir. Şöbənin həyətinə çatdıqda yük avtomobilinə əyləşib avtomobili işə salmaq istəyərkən avtomobilin elektrik nasazlığı olduğunu görmüşdür. Bundan sonra ora gələn polis əməkdaşları ondan avtomobili oradan kənara çəkmələrini bildirdikdə o, da polis əməkdaşlarına avtomobilin nasaz olmasını, polis əməkdaşlarının yanında avtomobilin açarını daxil edərək işə salmasına cəht etsə də elektrik cəryanı ötürülmədiyindən avtomobilin işə düşəməməsini polis əmədkaşları da gördülər. O, polis əməkdaşılarından avtomobili oradan kənarlaşdırmağı üçün köməklik istəmiş və ona kömək edən olmamışdır. Daha sonra o, servis axtaran zaman polis əməkdaşları onu 5-ci polis bölməsinə gətirdilər. Hərəkətin gediş-gəlişinə heç bir maneə yaratmamışdır. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X10 izahatında bildirdi ki, Sumqayıt şəhəri Qeydiyyat İmtahan və X12 komendant işləyir. 05.11.2021-ci il tarixdə saat 09:40 radələrində Sumqayıt şəhəri Qeydiyyat İmtahan və X13 inzibati həyətinə əsas giriş qapısı qarşında Daf markalı ** VR *** qeydiyyat nişanli avtomaşın dayanmışdır. Sürücünün sonradan adını bildiyi Şəxs maşından düşən kimi onun postacı yoldaşı polis serjantı Tahir ilə həmin sürücüyə yaxınlaşıb vətəndaşa özlərini təqdim etdilər. Sonra maşını qapıdan kənara çəkməyi xahiş etdlər. Lakin sürücü Rəmiş qəsdən maşını oradan heç hara çəkməyəcəyini, yalandan onlara maşının nasaz olduğunu söyləyib getdi. Samir ilə o sürücünün yanına yaxınlaşıb təkraran vətəndaşdan maşını kənara çəkməyi tələb etdilər. Həmin vaxt sürücü Şəxs onlarla uca səslə danışıb qəsdən əhatədə olan insanların diqqətini özünə cəlb etmək istəmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində 05 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1936/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Şəxs ilə cavabdeh X9 arasında Sumqayıt Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsinin 02.04.2018-ci il tarixdə 758 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş 28.07.2018-ci il təvəllüdlü X11 atası Şəxs, 15.11.2018-ci il təvəllüdlü X7 isə anası X4 himayəsində qalınması qət edilmişdir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşınadək uşağı olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında Şəxs əməlində polisin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Avtomobilin elektrik nasazlığı olduğundan avtomobilin işə salınmasının qeyri mümkün olması polisin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. İşin faktiki halları məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Şəxs əməlində hər hansı bir hal aşkar edilmədiyindən onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar