Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3587/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsindən daxil olmuş materiala baxaraq məhkəmə, Müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 noyabr 2021-ci il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı protokollar və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 noyabr 2021-ci il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 3582/2021 №li, 3(060)-3583/2021 №li, 3(060)-3584/2021 №li, 3(060)-3585/2021 №li, 3(060)-3586/2021 №li, 3(060)-3587/2021 №li, 3(060)-3588/2021 №li işlər bir icraatda, 3(060)-3588/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 noyabr 2021-ci il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı, MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3582/2021 №li, 3(060)- 3583/2021 №li, 3(060)-3584/2021 №li, 3(060)-3585/2021 №li, 3(060)-3586/2021 №li, 3(060)-3587/2021 №li, 3(060)-3588/2021 №li işlər bir icraatda, 3(060)-3588/2021 nömrə ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3587/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3587/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver