Məhkəmə qərarları › İş №3(060)-36/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-36/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-36/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit şəhər İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, məhkəmənin 3(060)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol icraata qəbul edilmiş və həmin tarixdə Şəxs barəsində tərtib edilmiş protokola İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə qeyd olunan qərardan apellyasiya şikayəti vermiş və 25 yanvar 2023-cü il tarixdə 3(060)-36/2023 saylı inzibati xəta haqqında qərar Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-72/2023 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 3(060)-36/2023 saylı qərardadı və 06 yanvar 2023-cü il tarixli, 3(060)-36/2023 saylı qərarı ləğv edilmiş və inzibati material birinci instansiya məhkəməsinə, hazırlıq mərhələsinə qaytarılmışdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır, protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100-cu maddəsinin tələblərindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki və yaxud hüquqi şəxs barədə və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatların toplanılması və bu məlumatların protokola daxil edilməsi məhkəmənin deyil, inzibati xəta haqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəsidir. İş materialından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 823/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs övladlarının saxlanılması üçün ödəməli olduğu aliment pulunu üzürsüz səbəbdən icra etməməsi əsasına görə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 tərəfindən 06 yanvar 2023-ci il tarixdə Şəxs barəsində MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokolda Şəxs uşaqlarının saxlanılması üçün ödəməli olduğu məhz hansı məbləğdə borcun yığılması, həmin borcun ödənilməyən hansı ayları və ya illəri əhatə etməsi protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən olunmur. O da qeyd edilməlidir ki, İXM-nin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Lakin iş materialları araşdırılarkən Şəxs icra sənədindəki tələbi qərəzli icra etməməsi halı müəyyən edilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra vərəqəsi 2013-cü il tarixdə verilsə də, həmin müddətdən təxminən 9 ildən artıq müddət keçdikdən sonra tələbkar borc tələbi ilə bağlı icra idarəsinə müraciət etmiş, öz ərizəsində (i.v.7) hal-hazırda 23.400 manat məbləğində aliment borcunun olduğu qeyd etmiş, icra məmuru tərəfindən 9 ildən artıq müddətdə hər-hansı bir hərəkət aparılmayaraq sadəcə borclunun ərizəsindən sonra tələbkara bildiriş göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsində 23.400 manat məbləğində aliment borcunun yığılmasını qeyd etsə də, həm birinci instansiya məhkəməsində, həmçinin də apellyasiya məhkəməsində izahatları zamanı 3600 manat məbləğində aliment borcunun yığıldığını, borclu tərəfindən yenidən ödənişlər edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasında təkrarən borclunun ona 3600 manat aliment borcunun olduğunu bildirmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhər İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar