Məhkəmə qərarları › İş №3(060)-361/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-361/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-361/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Konpleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsi (bundan sonra mətndə Qarabağ regional DYNİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25C olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə 25 yanvar 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti yerləşən Şəxs MMC-yə məxsus mağazada aparılan planlı yoxlama zamanı YTQ 01-2001 bəndi 05.02 və YTQ 03-2002 bəndinin 2.2.17-nin tələblərinin pozulması müəyyən edilmişdir. Qarabağ regional DYNİ tərəfindən Şəxs MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 07 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 20 fevral 2023-cü il tarxə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəlləsinin 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, KY231883778 saylı çıxarışından görünür ki, hüquqi ünvanı AZ0900; Bərdə şəhəri, H.Əliyev prospekti, ev - m - olan Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarından görünür ki, yoxlama aparılan Şəxs MMC-nin hüquqi ünvanı AZ0900; Bərdə şəhəri, H.Əliyev prospektidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ0900; ünvan 4idiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 110, 112.4, 114.3 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 25 yanvar 2023-cü il tarixli MN № ******* saylı protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar