Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3614/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs:Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 10.11.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Alüminium zavodunun yaxınlığında polisin qanuni tapşırığına əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Şəxs 10.11.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Alüminium zavodunun yaxınlığında polisin qanuni tapşırığına əməl etməmişdir. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 10.11.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində xalası oğlu Məlik ilə oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən VAZ 2107 markalı **-RJ-*** nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olan şəxsə yaxınlaşmışlar ki, Esmira şadlıq sarayının yanından sağa dönəcək, 4 yola gedəcəklər, o orada gözləyəcək, onlar gedib 15 dəqiqəyə gələcəklər. Taksi qiymətini 15 AZN razılaşmışlar, taksi sürücüs onları Alüminium zavodunun yanına gətirmiş, o və Məlik maşından düşmüş və zavoda tərəf gedərək hasardan tullanıb içəri girmişlər, taksi sürücüsü isə onları gözləmişdir. Taksinin oğurluqdan xəbəri olmamışdır, onların oraya getməkdə məqsədləri oğurluq etmək olmuşdur. Belə ki zavodun həyətindən dəmir yığıb çıxacaqdılar, onlar oradan heç nə tapa bilmədikləri üçün oğurluq edə bilməmiş, hasarı tullanıb keçmiş və taksiyə oturmuşlar. Sürücü maşını idarə edib getmək istəyərkən polislər maşına yaxınlaşıb saxlamağı tələb etmişlər. Sürücü maşını saxlamış, maşını hamısı yerə düşmüş, orada polislər sürücüyə demişlər ki, yük yerinin qapısnı aç, sürücü qapını açarkən onlar qaçıb getmişlər. Polislər Məliki tuta bilməmiş, lakin onu tutmuşlar və taki sürücüsü ilə bölməyə gətirmişlər. O polis işçilərinə heç bir tabesizlik etməmişdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, 11.11.2021-ci il tarixdə 9143 çağırışlı avtopatrulda postaçı yoldaşı, manqa komandiri polis serjantı Əliyev Nurəddin ilə birlikdə xidmətdə olduqları zaman Alüminium zavod ərazisində, İnşaatçılar küçəsində hərəkətdə olduqları zaman 2 nəfər vətəndaşın zavodun hasarını aşaraq yolda dayanmış 10RJ674 dövlət nömrə nişanlı Vaz 2107 markalı avtomaşına əyləşib həmin yerdən uzaqlaşmaq istəyərkən tərəflərindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Sürücünün yanından 2 nəfər maşından düşüb qaçmağa başlamışdır. Onların arxasınca qaçaraq onların birini tutmuşlar. Digəri isə qaçaraq həmin yerdən uzaqlaşmışdır. Onlar tutduqları şəxsi avtopatrula əyləşdirərkən tabesizlik göstərərək əyləşməkdən imtina etmiş və qanuni tələblərinə tabe olmamışdır. Onlar həmin şəxsi məcburi avtopatrula əyləşdirmişlər. Həmin nəqliyyat vasitəsini və sürücüsünü aidiyyatı üzrə 4-cü PB-nə gətirmişlər. Bölmədə məlum olmuşdur ki, nəqliyyat vasitəsinin sürücüsü X3, oğurluqda şübhəli bilinən şəxs isə Şəxsdur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 11.11.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 11.11.2021-ci il tarixdə, saat 01:00-da tutulmuş, 11.11.2021ci il tarixdə, saat 17:00-da buraxılmışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11.11.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və onun əməlində İXM-nin 535-ci maddəsinə göstərilən hərəkətlər olduğundan barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün Sumqayıt ŞPİnin 4-cü PB-nə göndərilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır, məsuliyyətini yüngülləşdirən hallar isə peşman olması və 1 uşağının olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən 11.11.2021-ci il tarixdə saat 01:00-da tutularaq 11.11.2021-ci il tarixə saat 17:00-dək saxlanması nəzərə alınsın və üzərində 150 (bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3614/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3614/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver