Məhkəmə qərarları › İş №3(060)-3618/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3618/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3618/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 71, ev 3 olan Şəxs (bundan sonra mətndə Şəxs QSC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə 02 noyabr 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs QSC (VÖEN **********) 42.500,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 42.500,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC-nin barəsində tərtib olunmuş 02 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 25 noyabr 2021-ci il tarixə təyin olunmuş, lakin Şəxs QSC tərəfindən 25.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəyə əsasən, məhkəmə sübutların təqdim olunması ilə bağlı işin baxılmasını 06 dekabr 2021-ci il tarixə təxirə salmışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində 02 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs QSC (VÖEN **********) 42.500,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 15.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 42.500,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır və nəticədə həmin müəssisənin İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X3 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. "xxxx" ASC Azərbaycan Respublikası Mərkəzi X3 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qabaqcadan ödəniş əməliyyatına dair sənədləri 15.10.2021-ci il tarixli, 001/026/5326/2021 saylı məktubla Azərbaycan Respublikasının Mərkəzi Bankına 15.10.2021-ci il tarixində təqdim etmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin hüquq məsləhətçisi X2 tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 02 noyabr 2021-ci il tarixində tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materianılda olan "xxxx" ASC tərəfindən Şəxs QSC-yə ünvanlanmış 07.09.2021ci il tarixli, 200/200/0674/2021 saylı bildirişdən görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən qabaqcadan ödəniş aparıldığı gündən ən geci 2 (iki) il müddətə malların ölkəyə idxalını təsdiq edən yük gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsii təsdiq edən sənədlər banka təqdim olunması qeyd olunmuşdur. İş materianılda olan müqavilədən görünür ki, 01.10.2019-cu il tarixdə Şəxs QSC ilə “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” arasında tikinti materiallarının alqı-satqısına dair müqavilə bağlanılmışdır. İş materiallarına əlavə olunmuş 25.11.2021-ci il tarixli vəsatətdən görünür ki, 01.10.2019-cu il tarixdə Şəxs QSC ilə “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” arasında tikinti materiallarının alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, 15.10.2019-cu ildə 42500 Avro məbləğdə pul vəsaiti Şəxs QSC tərəfindən “Peri Kalip ve İskeleleri San. Ve TİC.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüşdür. Bundan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” tərəfindən qeyd olunan tikinti materialları Şəxs QSC-nin ünvanına göndərilərək 12.11.2019-cu il tarixdə **********1821 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Həmin gömrük bəyannaməsi tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində 405 saylı 01.10.2019-cu il tarixli müqavilə əvəzinə səhv olaraq 402 saylı 19.03.2019-cu il tarixli müqavilə qeyd olunmuşdur. Şəxs QSC həmin texniki səhvin düzəliş edilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Bundan başqa “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” tərəfindən Şəxs QSC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər və gömrük bəyannamələri də var və həmin sənədlər vəsatətə əlavə edilmişdir. Şəxs QSC texniki səhvin düzəliş edilməsi üçün Bakı Baş Kömrük İdarəsinə müraciətini vəsatətə əlavə etmişdir. İş materiallarına əlavə olunmuş **********1821 və **********8642 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs QSC tərəfindən “Peri Kalip ve İskeleleri San. Ve TİC.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüşdür. Bundan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” tərəfindən qeyd olunan tikinti materialları Şəxs QSC-nin ünvanına göndərilmiş və həmin gömrük bəyannaməsi tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində 402 saylı 19.03.2019-cu il tarixli müqavilə qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəxs QSC tərəfindən "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 24.11.2021-ci il tarixli, 166№-li məktubundan görünür ki, Şəxs QSCilə Türkiyənin “PERİ KALİP VE İSKELELERİ SAN. və TİC.LTD ŞTİ.” şirkəti arasında bağlanmış 405 saylı, 01.10.2019-cu il tarixli müqavilə üzrə aparılmış köçürmələr barədə arayış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən Şəxs QSC-yə ünvanlanmış 24.11.2021-ci il tarixli, 200/200/0890/2021 saylı məktubda qeyd olunmuşdur ki, Şəxs QSCnin 166 saylı 24.11.2021 tarixli məktublarına cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC Sumqayıt filialı tərəfindən Şəxs QSC və “PERİ KAUP VƏ İSKELELERİ SAN VE TİC” şirkəti ilə bağlanmış 405 saylı 01.10.2019 tarixli müqavilə üzrə 15.10.2019 tarixdə 42500 EUR və 15.11.2019 tarixdə 42500 EUR vəsait köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Şəxs QSC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 25.11.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin (hal-hazırda QSC olaraq fəaliyyət göstərir) (VÖİN:**********) ünvanına 405 saylı 01.10.2019-cu il tarixli satış müqaviləsinə əsasən daxil olmuş tikinti ağacları malı 12.11.2019-cu il tarixində **********1821 və 23.11.2019-cu il tarixində **********8642 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. **********1821 və **********8642 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində 405 saylı 01.10.2019-cu il tarixli müqavilə əvəzinə səhv olaraq 402 saylı 19.03.2019-cu il tarixli müqavilə qeyd olunmuşdur. Bununla əlaqədar **********1821 və **********8642 sorğu nömrəli gömrük bəyannamələrinin 44-cü qrafasının 4011 bəndində düzəliş olunaraq 405 saylı 01.10.2019-cu il tarixli müqavilənin qeyd olunması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş **********1821 nömrəli gömrük bəyannaməsindən görünür ki, 44-cü qrafanın 4011 bəndində 405 saylı 01.10.2019-cu il tarixli müqavilə qeyd olunmuş və "xxxx" ASC tərəfindən 15.10.2019-cu il təsdiq olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş gömrük bəyannaməsindən görünür ki, 01.10.2019-cu il tarixdə Şəxs QSC ilə “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” arasında tikinti materiallarının alqı-satqısına dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, 15.10.2019-cu ildə 42500 Avro məbləğdə pul vəsaiti Şəxs QSC tərəfindən “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüş, bundan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Peri Kalip ve İskeleleri San. ve TİC.LTD.ŞTİ” tərəfindən qeyd olunan tikinti materialları Şəxs QSC-nin ünvanına göndərilərək 12.11.2019-cu il tarixdə **********1821 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Həmin gömrük bəyannaməsi tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində 405 saylı 01.10.2019-cu il tarixli müqavilə əvəzinə səhv olaraq 402 saylı 19.03.2019-cu il tarixli müqavilə qeyd olunmuşdur. Şəxs QSC həmin texniki səhvin düzəliş edilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müraciət etmiş və **********1821 nömrəli gömrük bəyannaməsindən qeyd olunan yanlışlıq aradan qaldırılaraq 44-cü qrafanın 4011 bəndində 405 saylı 01.10.2019-cu il tarixli müqavilə qeyd olunmuş və bütün bunlar "xxxx" ASC tərəfindən təsdiq olunmuşdur. İXM-nin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutlmuş-avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması kimi inzibati xətaya yol verilməsi sübuta yetirilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə bütün göstərilənləri işin faktiki halları ilə qarşılıqlı qiymətləndirib hesab edir ki, Şəxs QSC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar