Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-362/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati xəta haqqında 28 dekabr 2023-cü il tarixli, 10000-00138/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən (bundan sonra DGK-nin) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 482.2-ci maddəsinə əsasən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, 10000-00138/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 98/2024 saylı qərardadına əsasən 28 dekabr 2023-cü il tarixli, 10000-00138/23 saylı protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-362/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyatının müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 482.2-ci maddəsi ilə başlanılmış inzibati icraat haqqında material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 17 noyabr 2023-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99JV544/10ZK644 dövlət dömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş mallara 22 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Dərnəgül S/zonası adlanan ünvanda keçirilmiş baxış zamanı, sözügedən yük avtomobilində idxalatçı şirkət Şəxs MMC tərəfindən yükə dair Sumqayıt Gömrük İdarəsinə təqdim edilmiş **********1334 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci əlavə vərəqində mənşə ölkəsi Türkiyə Respublikası, əmtəə nişanı kimi “Dersan” adı ilə bəyan olunan 2 ədəd boya aparatının üzərində qeyd olunan göstəricilərə əsasən istehsalçı ölkəsinin İsveçrə Respublikası, markasının isə “Wagner” olduğu, **********1340 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci əlavə vərəqində “Bemis” əmtəə nişanı ilə bəyan olunan 3713 ədəd plastmassadan kabel birləşmə qutuları və rozetka çərçivələrinin “GEWİSS” markalı olmaqla 180 ədəd GW16203TB, 247 ədəd GW16406VN, 45 ədəd GW16204WS, 24 ədəd GW16206WS, 24 ədəd GW16206XM, 10 ədəd GW16702TN, 50 ədəd GW16704TB, 120 ədəd GW16404VN, 48 ədəd GW16702TB, 24 ədəd GW16704TN, 66 ədəd GW16202WS, 168 ədəd GW 16204TB, 504 ədəd GW16403VN modelli rozetka çərçivələrindən və 393 ədəd GW24404PM, 220 ədəd GW24406 PM, 450 ədəd GW24403PM, 750 ədəd GW24403 modelli kabel birləşmə qutularından ibarət olduğu, **********1354 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci vərəqində 9 ədəd bəyan olunan “Tommatech" markalı invertorun sayının faktiki olaraq 10 ədəd olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, MMC barəsində İXM-nin 482.2-ci maddəsi ilə tərtib edilmiş protokolla razılaşırlar, həqiqətdən də DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əsaslı protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 25 noyabr 2023-cü il tarixdə DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə Baş İdarənin Əməliyyat idarəsi tərəfindən 25 noyabr 2023-cü il tarixli 3-33/3-1- 052413/2023 nömrəli raportla hüquqi şəxs – Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilən yüklərin Respublikanın gömrük sərhədindən gömrük orqanına düzgün bəyan olunmadan keçirilməsi faktına dair material daxil olmuşdur. 22 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən idxal edilmiş və Sumqayıt gömrük idarəsində həmin şirkət tərəfindən **********1334, **********1340, **********1354 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək rəsmiləşdirilmiş mallara 22 noyabr 2023cü il tarixində keçirilmiş baxış zamanı, **********1334 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci əlavə vərəqində mənşə ölkəsi Türkiyə Respublikası, “Dersan” əmtəə nişanı ilə bəyan olunan 2 ədəd boya aparatının “Wagner” markalı və üzərində İsveçrə istehsalı olmasına dair yazının olduğu, **********1340 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci əlavə vərəqində “Bemis” əmtəə nişanı ilə bəyan olunan 3713 ədəd plastmassadan kabel birləşmə qutuları, rozetka çərçivələrinin “GEWİSS” markalı 180 ədəd GW16203TB, 247 ədəd GW16406VN modelli, 45 ədəd GW16204WS, 24 ədəd GW16206WS, 24 ədəd GW16206XM, 10 ədəd GW16702TN, 50 ədəd GW16704TB, 120 ədəd GW16404VN, 48 ədəd GW16702TB, 24 ədəd GW16704TN, 66 ədəd GW16202WS, 168 ədəd GW 16204TB, 504 ədəd GW16403VN modelli rozetka çərçivələri və 393 ədəd GW24404PM, 220 ədəd GW24406 PM, 450 ədəd GW24403PM, 750 ədəd GW24403 modelli kabel birləşmə qutularından ibarət olduğu, **********1354 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci vərəqində 9 ədəd bəyan olunan “Tommatech" markalı invertorun sayının faktiki olaraq 10 ədəd olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli **********1340 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli **********1334 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, xx.xx.2023-cü il tarixli **********1340 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan boya aparatlarının gömrük dəyəri 516,53 manat, xx.xx.2023-cü il tarixli **********1334 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan rozetka çərçivələrinin və kabel birləşmə qutularının gömrük dəyəri isə 1917,80 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X3 araşdırma zamanı verdiyi izahatında atası X1 qeyd olunan hüquqi şəxsin rəhbəri olduğunu, lakin atası xəstə olduğu və müalicə aldığından sonuncunun əvəzinə işlərə nəzarəti həyata keçirdiyini, MMC-nin ünvanına idxal olunaraq **********1334 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükü ixrac edən və Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən “Başkent Qrup Makina İnşaat mobilya Sanayi Ticaret LTD” şirkəti yükləmə prosesində maşına “Dersan” markalı və Türkiyə istehsalı olan boya aparatı əvəzinə İsveçrə istehsalı olan “Wagner” markalı boya aparatlarını qoyduğunu, lakin ixracatçı şirkət tərəfindən həmin avtomobildə göndərilən boya aparatının markasının “Dersan” olaraq bildirildiyi, faktiki olaraq göndərilən boya aparatlarının daha sonrakı partiyaların birində göndərilməli olduğunu, **********1340 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Bemis” əmtəə nişanı ilə bəyan olunan 3713 ədəd plastmassadan kabel birləşmə qutularının və rozetka çərçivələrinin ixracatçı “X6 X8 Sanayi ve Ticaret LTD” şirkəti tərəfindən yanlışlıqla göndərildiyini, əslində həmin şirkət tərəfindən “Bemis” əmtəə nişanlı mallarının göndərməli olduğunu, **********1354 sorğu nömrəli gömrük bəyannaməsində sayı düzgün qeyd olunmayan 10-cu invertorun ixracatçı “Atek Makina Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən əlavə olaraq göndərildiyini, lakin əlavə olaraq göndərilən inventor barədə məlumat verilmədiyini, ixracatçı şirkətlə əlaqə saxlanılan zaman pozuntu hallarının ixracatçı şirkətlərin səhvi ucbatından əmələ gəldiyini öyrəndiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 7 dekabr 2023-cü il tarixli **********772500 nömrəli məktubundan görünür ki, hüquqi şəxs - Şəxs MMC xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi ünvan 2 ünvanında qeydiyyata alınmışdır, statusu aktivdir, rəhbəri X2r, xx.xx.2023-cü il tarixə 2315864,01 manat vergi borcu vardır, müəssisə barəsində cinayət işi yoxdur, habelə cinayət xarakterli material araşdırılmır, lakin rəhbəri barədə cinayət işi mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin 9/9376 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2 ədəd boya aparatı İsveçrə istehsalı olub, 1 ədədinin orta bazar qiyməti 6000 manat olmaqla ümumilikdə orta bazar qiyməti 12000 manat, “Gewiss” markalı olmaqla 17 müxtəlif modeldə rozetka çərçivələrinin və kabel birləşmə qutularının ümumilikdə orta bazar qiyməti 18746 manat, 1 ədəd “Tommatech” markalı inventorun bazar qiyməti isə 500 manat müəyyən edilir. Beləliklə, hüquqpozma predmetlərinin ümumilikdə orta bazar qiyməti 31246 manat müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin məktubundan görünür ki, ekspert rəyinə əsasən hüquqpozma predmeti olan 2 ədəd boya aparatının gömrük dəyəri 8075 manat, ödənilməli olan gömrük ödənişlərinin məbləği 1929,93 manat, rozetka çərçivələrinin və kabel birləşmə qutularının gömrük dəyəri 11517,50 manat, ödənilməli olan gömrük ödənişlərinin məbləği 4111,75 manat, 1 ədəd inventorun gömrük dəyəri 336,60 manat, ödənilməli olan gömrük ödənişinin məbləği 80,45 manat təşkil edir. 27 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 3-33/3-1-052413/2023 nömrəli raport üzrə CM-nin 206.1 və 200-1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs MMC barəsində İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də müəssisə həmin məcəllənin 482.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 479- 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, iş materiallarından görünür ki, hüquqi şəxs-Şəxs MMC-nin ünvanına 99JV544/10ZK644 dövlət dömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş 12000 manat dəyərində malların mənşə ölkəsi, 500 manat məbləğində malların sayı və 18746 manat məbləğində malların gömrük dəyəri ilə Azərbaycan Respublikasının gömrük orqanına Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri üzrə gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən düzgün olmayan məlumatlar verilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddənin sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş protokol tərtib etmiş DGK Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXMnin 482.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə İXM-nin 482.2-ci maddəsi üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 31246 manat təşkil edir, bu səbəbdən MMC-yə həmin məbləğin otuz faizindən altmış faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 55.1.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 31246 (otuz bir min iki yüz qırx altı) manat məbləğinin 30 (otuz) faizi məbləğində, yəni 9373,00 (doqquz min üç yüz yetmiş üç) manat məbləğində inzibati qaydada cərimə edilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-362/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-362/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver