Məhkəmə qərarları › İş №3(060)-3631/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3631/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3631/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, X1 EQ ******* №-li, 02.10.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X3 EQ ******* №-li, 02.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizəsi 15.11.2021-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şikayət ərizəsində hansı qərardan şikayət verildiyi qeyd edilməmiş və “protokolun ləğv edilməsi” bildirilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokola xitam verilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar şikayət ərizəsi natamam şəkildə Məhkəməyə təqdim olunmuş, ona inzibati tənbeh vermə haqqında qərar və digər materiallar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, daxil olmuş materiallar natamamdır və həmin materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X2 geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar