Məhkəmə qərarları › İş №3(060)-3636/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3636/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3636/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında 04 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi (bundan sonra mətndə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən 04 noyabr 2021-ci il tarixdə Şəxs (VÖEN **********) (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 233.1 və 234.0.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC-də ETSN-in xüsusi icazəsi olmadan atmosferə zərərli maddələr atılmış, atmosfer havasına atılan tullantıların miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Şəxs MMC barəsində İXM-nin 233.1 və 234.0.1-ci maddələrinə əsasən tərtib edilmiş edilmiş 04 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 15.11.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılması 29 noyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokol tərtib edən orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 ifadəsində bildirdi ki, Şəxs MMC-yə məxsus müəssisələrdən atmosfer havasına zərərli qazların atılması” ilə bağlı müraciətə əsasən 28.10.2021-ci il tarixində Milli Hidrom eteorologiya Xidmətinin və 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Ölçmə işləri "xxxx" MMC və Şəxs MMC-nin ətraf ərazilərində sabit hava şəraitində saat 12:20-15:00 radələrində ANKAT-7664 cihazı vasitəsilə aparılmışdır. Təyin edilən göstəricilərə əsasən "xxxx" MMC-də CO-1,0 m q/m 3 (norma: 5 mq/m 3), H2S-0,0 m q/m 3 (norma: 0,008 mq/m 3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində, Şəxs MMC-də isə CO-1,0 mq/m 3 (norma: 5 mq/m 3), H2S- 0,2 m q/m 5 (norma: 0,008 mq/m 3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 233.1 və 234.0.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialına əlavə olunmuş AZL-0**-DD-***0 aylı, 17 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Şəxs MMC və icraçı "xxxx" MMC ilə 1 illik müqavilə bağlanmışdır. Müqavilədə göstərilən məbləğə uyğun olaraq təhlükəli və qeyri təhlükəli tullantıların sifarişçisinin ərazisindən daşınmasını və utilizasiyasını təşkil etməsi, sifarişçinin isə icra edilən xidmətlərin dəyərini ödəməsi bu müqavilənin predmetini təşkil edir. İş materialına əlavə olunmuş Ç-MG/4321-099 saylı, 05.11.2021-ci il tarixli “X6 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstərişdən görünür ki, baş məsləhətçi-müfəttiş X7 və məsləhətçi-müfəttiş X8 tərəfindən müəssisədə "X6 haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasının vəziyyəti yoxlanılmış və 04 noyabr 2021-cı il tarixli 73499 saylı akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, ETSN-nin xüsusi icazəsi olmadan "Azmonbat” MMC-nin istehsal sahəsindən atmosfer havasına zərərli tullantılar atılır. Həmçinin, atmosfer havasına atılan tullantıların miqdarı ətraf mühit üçün yol verilə bilən qatılıq həddini keçmişdir. İş materialına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Fərid Piriyev tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umara Tağıyevaya ünvanlanmış 99/468/d saylı, 26.10.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər ərazisində fəaliyyət göstərən “Az-Lead" MMC və “Azmonbat" MMC-yə məxsus müəssisələrdən “atmosfer havasına zərərli qazlaın atılması" barədə vətəndaşlar tərəfindən ETSN- “Qaynar xətt" mərkəzinə və 4 saylı RETSİ-nə müraciətlər daxil olmuşdur. Qeyd olunan müəssisələr tərəfindən atmosfer havasına atılan tullantıların miqdarını vizual yolla müəyyən etmək mümkün olmadığını nəzərə alaraq, həmin müəssisələrdə atmosfer havası üzrə monitorinq keçirərək analiz-ölçmə işlərinin aparılmasına və nəticəsi barədə İdarəyə məlum atverilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materialına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Fərid Piriyevə ünvanlanmış məktubdan görünür ki, Milli Hidrometeorologiya Xidmətinə daxil olan 26.10.2021-ci il tarixli, 99/468/d saylı Sumqayıt şəhər ərazisində fəaliyyət göstərən "xxxx" MMC və Şəxs MMC-yə məxsus müəssisələrdən atmosfer havasına zərərli qazların atılması” ilə bağlı müraciətə əsasən 28.10.2021-ci il tarixində Milli Hidrom eteorologiya Xidmətinin və 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Ölçmə işləri "xxxx" MMC və Şəxs MMCnin ətraf ərazilərində sabit hava şəraitində saat 12:20-15:00 radələrində ANKAT-7664 cihazı vasitəsilə aparılmışdır. Təyin edilən göstəricilərə əsasən "xxxx" MMC-də CO-1,0 m q/m 3 (norma: 5 mq/m 3), H2S-0,0 m q/m 3 (norma: 0,008 mq/m 3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində, Şəxs MMC-də isə CO-1,0 mq/m 3 (norma: 5 mq/m 3), H2S- 0,2 m q/m 5 (norma: 0,008 mq/m 3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş 0594 saylı, 28 oktyabr 2021-ci il tarixli monitorinq aktından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 19.10.2021-ci il və 4 saylı regional Ekologiya idarəsindən daxil olan 26.10.2021-ci il tarixli 637/4 RETSİ-43 №-li məktubların icrası ilə əlaqədar olaraq Sumqayıt şəhər ərazisində fəaliyyət göstərən Şəxs MMC-nin ətraf ərazisində monitorinq keçirilmişdir. Sabit hava şəraitində monitorinq saat 15:00-da keçirilmişdir. Monitorinq “Ahkat-7664” cihaz vasitəsi ilə aparılmışdır. Cihzda CO- 1,0 mq/m 3 (norma: 5 mq/m 3), H2S- 0,2 m q/m 5 (norma: 0,008 mq/m 3) təşkil edərək ərazidə ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Şəxs MMCnin nümayəndəsi monitorinqdə iştirak etsə də aktı imza etməkdən imtina etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yenə həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 4.19-cu bəndinə əsasən həmin Məcəllənin 152.4, 234.0.1, 253.3.4, 253-1.1.3, 253-1.2.1, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur və həmin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. İş materiallarından müəyyən olunur ki, 28.10.2021-ci il tarixində Milli Hidrom eteorologiya Xidmətinin və 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən monitorinq keçirilmiş, ölçmə işləri Şəxs MMC-nin ətraf ərazilərində sabit hava şəraitində saat 12:20-15:00 radələrində ANKAT-7664 cihazı vasitəsilə aparılmışdır. Təyin edilən göstəricilərə əsasən Şəxs MMC-də CO-1,0 mq/m 3 (norma: 5 mq/m 3), H2S- 0,2 mq/m 5 (norma: 0,008 mq/m 3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış hüquqi şəxs Azmonbat MMC-nin əməlində İXM-nin 233.1 və 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 234.0.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10, mənzil 10 olan “Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarnın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 10.500,00 (on min beş yaz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar