Məhkəmə qərarları › İş №3(060)-3647/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3647/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3647/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis baş leytenantı X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 30.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında 17 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis baş leytenantı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 12.09.2021-ci il tarixdə, saat 16:00 radələrində X1 əri Şəxs aralarında yaranmış münaqişə zəminində yaşadığı evdə döyərək xəsarət yetirmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4cü polis bölməsinin sahə rəisi polis baş leytenantı X9 tətib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, o, 2014-cü ildə Şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Lakin münasibətləri normal olmadığı üçün ondan ayrılmaq qərarına gəlmişdir. 12.09.2021-ci il tarixdə Rövşəndən boşanmaq üçün məhkəməyə müraciət etdiyindən Rövşən onunla münaqişə yaratmış, münaqişə zamanı yumruq zərbəsi ilə onun göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı o qaynansına səslənərək Məmmədova Natellaya demişdir ki, oğlunu aparsın evdən. X5 araya girərək Rövşəni oradan aparmışdır. O, həmin günü evdə qalmış, həmin günün səhəri, yəni 13.09.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, aralarında olan dava dalaş yaşadıqları ünvanda baş vermişdir. Həmin vaxtı evdə qaynansı Natella Məmmədova olmuşdur. Münaqişə vaxtı səs küy olmamış, heç bir qonşu gəlməmiş, dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Qeyd olunanların nəzərə alınmasını Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilmiyərək, izahatında bildirdi ki, o, 2014-cü ildə X10 ilə rəsmi nikaha daxil olmuşdur. X10 12.09.2021-ci il tarixdə ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyini eşitdikdə, boşanma səbəbini ondan soruşmuşdur. Daha sonra otaqa daxil olub şalvarını götürdükdə onun sözlərinə əsəbləşərək şalvarı onun üzərinə atmışdır. Lakin ona yumruq zərbəsi vurmamışdır. Münaqişə yaranan zaman anası Məmmədova Natellaya evdə idi. Münaqişə vaxtı səs küy olmamış, heç bir qonşu gəlməmiş, dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, X4, Şəxs tərəfindən döyülərək xəsarət alması alınmış izahatlar və ekspert rəyi ilə öz təsdiqini tapsa da, möcvud qanunvericiliyə görə Şəxs, X7 yetirmiş olduğu xəsarətlər dərəcəsinə görə cinayət tərkibi yaratmamışdır. Şəxs, X7 yetirmiş olduğu xəsarətlər dərəcəsi təyin edilmədiyindən İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı polis polkovnikleytenantı X8 NK-1/2294 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılan işin halları ilə təkzib edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar