Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3648/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan Rayonu, Cahangirbəyli Ə/D, Cahangirbəyli Kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 18 noyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 17.11.2021-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Sülh-Heydər Əliyev küçələrinin kəsişməsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 17.11.2021-ci il tarixdə saat 23:30 radələrində ailə üzvüləri ilə birlikdə dostunun toy məclisindən qayıdarkən içkili olduğundan idarə etdiyi avtomobili digər dostu X6 idarə etmişdir. Sülh-Heydər Əliyev küçələrinin kəsişməsində DYP-nin əməkdaşı onlara dayanma işarasi vermişdir. Avtomobili saxladıqdan sonra polis əməkdaşından saxlama səbəbini soruşduqda, işıqforun qadağan edici işığında keçdikini bildirəndə o, buna etirazını bildirmişdir. Daha sonra polis əməkdaşı sənədləri təqdim edilməsini tələb etdikdə bildirmişdir ki, iki ay öncə avtomobilindən oğurluq hadisəsi baş vermiş və sənədləri oğurlanmışdır. Avtomobili idarə etməyə etibarnamə olmadığından avtomobilin müvəqqəti dayanacağa aparılacağını bildirəndə o, buna etirazını bildirmişdir ki, avtomobildə ailə üzvləri var və onları yaşadığı ünvana aparıb düşürtməsini polis əməkdaşından xahiş etmişdir. Lakin polis əməkdaşı dərhal onun idarə etdiyi avtomobilə əyləşərək avtomobili müvəqqəti dayanacağa aparmışdır. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X5 izahatında bildirdi ki, 17.11.2021-ci il tarixdə Sülh küçəsində xidmətdə olduğu zaman Sülh-Heydər Əliyev küçələrinin kəsişməsində “Mercedes Benz minik” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təxminən saat 23:30 radələrində dönmə sinalından istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Sürücünün şəxsiyyəti müəyyən olunduqdan sonra, yanında əyləşən vətəndaş adını sonradan bildiyi Şəxs avtomaşının ona məxsus olduğunu bildirmişdir. Yoxlamaq məqsədi ilə “Bort kompyuter” vasitəsi ilə yoxlanıldı və müəyyən olundu ki, avtomobil etibarnamə olmadan idarə edilmişdir. Dərhal avtomobil duracağa aparılacağı bildirildi və Şəxs müqavimət göstərməsə də buna etirazını bildirərək avtomobildə ailə üzvlərinin olmasını qeyd edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar Şəxs 3-cü polis bölməsinə təhfil verilmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində 18 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/1136 №li 18.11.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/1137 №li 18.11.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə X6 müayinə vaxtı (18.11.2021-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə iclasında Şəxs əməlində polisin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. İşin faktiki halları məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Şəxs əməlində hər hansı bir hal aşkar edilmədiyindən onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3648/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3648/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver