Məhkəmə qərarları › İş №3(060)-3651/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3651/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3651/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 18 noyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, 27.03.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment Şəxs alınaraq Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına ödənilməlidir. Borclu bu günə olan 1.747,00 manat aliment borcunu üzürsüz səbəbdən ödəmir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokola baxılması 18 noyabr 2021-ci il tarixə təyin edilmişdir, lakin borclu ödənişlə bağlı ərizə ilə müraciət etdiyindən inzibati xəta haqqında protokola baxılması 23 noyabr 2021-ci il tarixə təxirə salınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, 27.03.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment Şəxs alınaraq Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına ödənilməlidir. Borclu 2018-ci il iyul ayından bu günə qədər 3.050,00 manat aliment ödəmişdir. Hal-hazırda 1.747,00 manat aliment borcu var və borclu üzürsüz səbəbdən aliment borcunu ödəməmişdir. Aliment borcundan ödəniş etmək məqsədilə ona verilə vaxt ərizdən 120,00 manat aliment ödəmişi etmişdir. Qeyd olunanlara əsasən borclu barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızı izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, 27.03.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment Şəxs alınaraq ona ödənilməlidir. Hal-hazırda aliment borcu 1.747,00 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı ona verilən müddət ərzində o, 120,00 manat aliment ödənişi etsə də qalıq aliment borcunun tam şəkildə ödənilməsini tələb etdi. Qeyd olunanlar nəzərə alınaraq borclu Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-496/2018 saylı, 27.03.2018-ci il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanması üçün 120,00 manat aliment ondan alınaraq Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına ödənilməlidir. Hazırada yığılmış aliment borcundan ödəniş etmək məqsədilə ona verilən müddət ərzində 120,00 manat ödəniş etmiş və qısa müddət ərzində aliment borcunun tam şəkildə ödəyəcəyini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Həsənova (Bəyalıyeva) Səadət Nuşu qızına 120,00 manat aliment ödənilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar