Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3664/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qasımov Seymur Rəşid oğlunun Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qasımov Seymur Rəşid oğlu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qasımov Seymur Rəşid oğlu məhkəmə iclasında bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin Polis X1 tərəfindən 12 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. Həmin Protokol əsasında 12.11.2021-ci il tarixində MN № ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş MN № ******* saylı qərarla razılaşmır. Barəsində qərarın tərtib edilməsinə səbəb guya onun 00:30-da Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən “PVB KLVB” cay evində karantin qaydalarını pozmağı olmuşdur. 00:30-da çay evinin daxilində olmamışdır. Həmin vaxt çay evinin həyətində (xaricində) olub. Polis nəfərləri özlərini təqdim etmədən onları məcburən çay evinin daxilində yığmaq istəyən zaman, bunun səbəbini soruşduqda onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. Qərar qəbul edilən gün saat 00:00-dan sonra çay evinin daxilində olmamışdır. Protokola onu boş vərəqə qol çəkdirib səhəri gün gəlib həll edərik deyildi. Səhər gəldikdə isə protokol tərtib edilmişdir. Buna görə də barəsində tərtib olunmuş qərar ləğv edilməlidir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin Polis X1 tərəfindən 12 noyabr 2021-ci il tarixli, MN № ******* saylı Qərarının və həmin qərara əsasən hesablanmış 200 (iki yüz) manat cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi və Qasımov Seymur Rəşid oğlu müvafiq olaraq gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 12 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qasımov Seymur Rəşid oğlu 12.11.2021-ci il tarixdə gecə saat 00:30-da Sumqayıt şəhər, Heydər Əliyev prospektində yerləşən PVB KLVB çay evində karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, iş materiallarında olan 12.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Qasımov Seymur Rəşid oğlu 12.11.2021-ci il tarixdə, saat 00:30 radələrində “PUB KLUB” çay evinə çay içmək üçün getdiyini bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qasımov Seymur Rəşid oğlu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qasımov Seymur Rəşid oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3664/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3664/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver