Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3671/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs – Məmmədova Sara Ələkbər qızının iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Məmmədova Sara Ələkbər qızı tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Məmmədova Sara Ələkbər qızı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Məmmədova Sara Ələkbər qızı tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 06.08.2021-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Məmmədova Sara Ələkbər qızı tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3671/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3671/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver