Məhkəmə qərarları › İş №3(060)-3675/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3675/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3675/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 17 iyun 2021-ci il tarixli, 00700-0227/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 497-ci maddəsinə əsasən 17 iyun 2021-ci il tarixli 00700-0227/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Bas Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 14.10.2021-ci il tarixli 34/012/003028 nömrəli raportuna əsasən Şəxs 13.06.2019-ci il tarixdə **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə 23000.00 kq “mis məftil hazırlanması üçün mis bicmələr11 yükünü Sumqayıt BGİ- də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək 99QE586/99ZC245 nömrəli yük nəqliyyat vasitəs ilə X3 şəhərində qeydiyyatda olan “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə ixrac etmiş və Şəxs MMC tərəfindən 26.09.2019-cu il tarixdə **********7712 saylı Gömrük bəyannaməsi ilə 20600.00 kü “saflaşdınİmiş misdən məfillər” yükü Sumqayıt Baş Gömrük İdarəsind xaricdə emaldan geri gətirilərək bəyan edilmişdir. Qeyd olunan raportda Şəxs MMC tərəfindən “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə **********9869 saylı Gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında göndərilən yükün 25.09.2021-ci il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq göndərilən yükün 2400.00 kq hissəsi geri qaytarılmamışdır və bu səbəbdən xaricə emal xüsusi qömrük proseduru qaydaları pozulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 497-ci maddəsinə əsasən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli 00700-0227/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 23.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 dekabr 2021-ci il tarixə təyin olunmuş, tərəflər məhkəmə iclasına gəlmədiyindən işin baxılması 10 dekabr 2021-ci il tarixə təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 497-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 14.10.2021-ci il tarixli 34/012/003028 nömrəli raportunadan görünür ki, Şəxs MMC 13.06.2019-ci il tarixdə **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə 23000.00 kq “mis məftil hazırlanması üçün mis bicmələr” yükünü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək 99QE586/99ZC245 nömrəli yük nəqliyyat vasitəsi ilə X3 şəhərində qeydiyyatda olan “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə ixrac etmiş və Şəxs MMC tərəfindən 26.09.2019-cu il tarixdə **********7712 saylı Gömrük bəyannaməsi ilə 20600.00 kq “saflaşdınİmiş misdən məfillər” yükü Sumqayıt Baş Gömrük İdarəsindən xaricdə emaldan geri gətirilərək bəyan edilmişdir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin 21.10.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs MMC barəsində İXM-nin 497-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan 27.10.2021-ci il tarixli xidməti qeyddən görünür ki, Şəxs MMC-nin **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə ödənilməli olan gömrük rüsumlarının və vergilərin ödənilib-ödənilməməsini müəyyənləşdirmək üçün 34/013/003187 nömrəli Xidməti qeydlə Gömrük Əməliyyatları İdarəsinə müraciət olunmuşdur. İş materiallarında olan Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 28.10.2021-ci il tarixli, 34/012/003214 saylı xidməti qeyddə görünür ki, **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə (çəkisi 23000,OOkq olan “mis biçmələr”) ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 21.500AZN təşkil etdiyi, Cəmiyyət tərəfindən gömrük rüsum və vergilərinin ödənilməsinin təmin edilməsi üçün üçüncü şəxsin zaminliyi(təminat) təgdim edildiyi geyd edilmişdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli xidməti qeyddən görünür ki, Şəxs MMC-nin **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə XİF ƏN-nın ********** kodu altında xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsinə hər hansı məhdudiyyətin olub-olmamasını müəyyənləşdirmək üçün 34/013/003245 nömrəli Xidməti geydlə Gömrük Əməliyyatları İdarəsinə müraciət olunmuşdur. İş materiallarında olan Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 01.11.2021-ci il tarixli, 34/012/003256 saylı xidməti qeyddən görünür ki, XİF MN-nin ********** kodu altında xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün ixrac gömrük proseduru altında rəsmiləşdirilməsinə heç bir məhdudiyyətin nəzərdə tutulmadığı geyd edilmişdir. İş materiallarında olan “Gömrük Xidmətinin Vahid X1” (VAİS) informasiya resursundan görünür ki, Şəxs MMC 08.05.2019-cu il tarixli, ********** nömrəli VÖEN əsasında hüquqi şəxs gismində qeydiyyata alınmışdır, cəmiyyətin rəhbəri X7 ğludur, halhazırda müəssisənin fəaliyyəti aktiv vəzivətdədir və cəmiyyətin hügugi ünvanı Sumqavıt şəhəri. Azərbaycan pr, ev 2-dir. İş materiallarında olan Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 15.11.2021-ci il tarixli, 34/012/003450 saylı xidməti qeyddən görünür ki, Şəxs MMC tərəfindən **********9869 saylı gömrük bəyannaməsi ilə xaricdə emala göndərilən malların geri qaytarılmayan hissəsinin hasilat norması nəzərə alınmaqla çəkisi 2373,63 kg, gömrük dəyəri 22.193,45 manat və Qaytarılmayan yükə görə ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 2.537,94 manat təşkil etdiyi geyd edilmişdir. İş materialında olan 16.11.2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-də əmək müqaviləsi üzrə menecer vəzifəsində işləyən X2 izahat verərərk bildirmişdir ki, 11.05.2019-cu il tarixli 1 nömrəli mügavilə əsasında 13.06.2019-cu il tarixdə **********9869 saylı gömrük bəyannaməsi iiə “məftil hazırlanması üçün mis biçmələr” yükünü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək X3 şəhəri Deri Osb. X8 İİ, Blok 2/4 Tuzla ünvanında qeydiyyatda olan “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə emala göndərmişlər. Rəsmiləşdirmə zamanı qeyd olunan malların **********9869 bəyannamə üzrə 6 ayadək 12.12.2019-cu il tarixədək geri qaytaracaqları öhdəlik götürülmüşdür. Təxminən 3 ay sonra 26.09.2019-cu il tarixdə **********7712 saylı gömrük bəyannaməsi ilə emala göndərdikləri malların böyük bir hissəsi 20600 kq emal olunaraq saflaşdırılmış misdən məftillər formasında Azərbaycan Respublikasına idxal olunmuşdur. Lakin dünyada yayılmış “Covid-19” pandemivası səbəbindən “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığı üçün emala göndərilən malların qalan az hissəsi təxminən 2374 kq vaxtında geri qaytara bilməmişdir. 13.06.2019-cu il tarixdə **********9869 saylı gömrük bəyannaməsi üzrə xaricdə emal müddətinin 12.12.2019-cu il tarixdə bitməsi nəzərə alınaraq əvvəlcə 6 ay müddətinə yəni 11.05.2020-ci il tarixədək, daha sonra isə pandemiyanın davam etməsi səbəbindən emal müddəti yenidən uzadılmışdır və 25.09.2021-ci il tarixdə öhdəlik müddəti bitmiş və öhdəlikdə qeyd olunmuş müddətin bitməsinə baxmayaraq emaldan sonra geri qaytarılmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200.4-cü maddəsinə əsasən Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 169-cu maddəsinin, Nazirlər Kabinetinin 2014-cü il 06 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.7-ci bəndinə əsasən cazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və 34/014/003028 nömrəli 14.10.2021-ci il tarixli raport, **********9869 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC 13.06.2019-ci il tarixdə **********9869 sorğu nömrəli gömrük bəyannaməsi ilə 23000.00 kq “mis məftil hazırlanması üçün mis biçmələr" yükünü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək 99QE586/99ZC245 nömrəli yük nəqliyyat vasitəsi ilə X3 şəhərində qeydiyyatda olan “X9 İhracat Sanayi ve Ticaret Limited” şirkətinə ixrac etmiş və Şəxs MMC tərəfindən 26.09.2019-cu il tarixdə **********7712 saylı Gömrük bəyannaməsi ilə 20600.00 kq “saflasdırılmıs misdən məfillər” yükü Sumqayıt Baş Gömrük İdarəsind xaricdə emaldan geri gətirilərək bəyan edilmiş, lakin cəmiyyət götürdüyü öhdəliyi tam icra etməmiş, yəni 25.09.2021-ci il tarixədək geri qaytarılacağı barədə öhdəlik əsasında emal olunmag üçün Türkiyə Respublikasına göndərilmiş malların 22.193,45 (iyirmi iki min yüz doxsan üç manat 45 gəpik) AZN dəyərində olan 2373.63 kg hissəsi öhdəlikdə geyd olunmuş müddətin bitməsinə baxmayarag emaldan sonra geri gaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləsdirilməməklə malların emal olunma müddətininin tələblərinə əməl etməməklə malların emal edilməsi qaydasını pozmuşdur. Bununla daq, ünvan 3 ünvanında geydiyyatda olan “X4 AZ Metal" MMC 25.09.2021-ci il tarixədək xaricdə emal gömrük prosedurunda rəsmiləşdirdiyi gömrük dəyəri 22.193,45 (iyirmi iki min yüz doxsan üc manat 45 gəpik) manat təşkil edən malları müəyyən edilmiş müddətdə geri gaytarmadığı üçün İXM-nin 497-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. İXM-nin 497-ci maddəsinə görə Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 2 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş malın dəyərinin qırx faizi məbləğində, yəni 8.877,38 (səkkiz min səkkiz yüz yetmiş yeddi manat, 38 qəpik) (22.193,45 x 40 %) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar