Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-368/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsi-X3, Protokol tərtib etmiş şəxsin nümayəndəsi-X6 iştirakı ilə, Şəxs MTK-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK barəsində inzibati xəta haqqında 24 yanvar 2022-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Gənclik küçəsində Şəxs MTK-ya məxsus yaşayış binalarında formalaşan məişət tullantılarının qanunsuz olaraq ətraf əraziyə atılması müəyən edilmişdir. Buna görə də, Şəxs MTK barəsində inzibati tənbeh tətbiq etmə haqqında protokol tərtib edilərək qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsi X5 izahat verərək bildirdi ki, məişət tullantılarının əraziyə atıldığı mənzillərin yerləşdiyi bina artıq Şəxs MTK-ya aid deyildir. Həmin binaya "xxxx" MMMC xidmət edir. Buna görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş şəxsin nümayəndəsi X7 tərtib etdiyi protokola uyğun izahat verərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Gənclik küçəsində Şəxs MTK-ya məxsus yaşayış binalarında formalaşan məişət tullantılarının qanunsuz olaraq ətraf əraziyə atılması müəyən edilmişdir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Çiğdem Adem izahatında bildirdi ki, onun şikayətləri ərazinin çirkləndirilməsi ilə bağlı olmuşdur, binanın sakinləri zibili çölə, binanın həyətinə və əraziyə atırlar. Ərazi sakinlər tərəfindən çirkləndirilir. O Şəxs MTK-dan şikayət etmişdir, ancaq indi məlum olmuşdur ki, bu işə məsul "xxxx" MMMC-dir. İş üzrə şahid qismində dindirilmiş "xxxx" MMMC-nin icraçı direktoru Şahid izahatında bildirdi ki, sözügedən binanın yerləşdiyi ərazi onun icraçı direktoru olan "xxxx" MMMC-yə məxsusdur. VÖEN "xxxx" MMMC-nin adınadır. Vətəndaşlar ərazini zibilləndirirlər. Cəmiyyət 2018-ci il tarixdən yaranmışdır. Mənzil istismara 2017-ci il tarixdən verilmişdir. Kristal Abşeron MTK-nın tikdiyi binalarda əmələ gələn məişət tullantılarının daşınması üçün kompleksin giriş qapısında 4 ədəd zibil qutusu qoyulmuşdur. Müqavilə əsasında tullantılar həmin qutulara yığılaraq zibil poliqonuna daşınır. Bu işə "xxxx" MMMC məsuldur və o nəzarət edir. İş materiallarında olan 08.10.2018-ci il tarixli protokoldan görünür ki, bina 5-də yaşayan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Binanın idarə olunması məqsədilə kompleksin 1-ci bina sakinləri tərəfindən yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə birləşməsi məqsədilə müraciət hazırlanmış və təqdim olunması üçün sədrə həvalə edilmişdir. İş materiallarında olan X1 Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 13.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, həmin binanın sakinləri ətraf əraziləri çirkləndirirlər. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, sakinlər kommunal ödəniş və üzvlük haqlarını "xxxx" MMMC-yə ödəmişlər. İş materiallarında olan Qeyri X2 Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, "xxxx" MMMC 1118-MM5-0082 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMMC ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 yanvar 2022-ci il tarixli, ******* saylı protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, protokolda həmin binanın yerləşdiyi ərazinin "xxxx" MTK-ya aid olması göstərilsə də, həmin ərazi "xxxx" MMMC-yə məxsus ərazidir və həmin ərazidə protokolda göstərilən işlərin yerinə yetirilməsi vəzifəsi "xxxx" MTK-ya aid deyildir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs baş verməsi göstərilən inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-368/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-368/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver