Məhkəmə qərarları › İş №3(060)-3689/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3689/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3689/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 10 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin (bundan sonra mətndə Dövlət əmək müfəttişliyi xidməti) rəis müavini X4 10.11.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin rəis müavini X6 MN ******* saylı 10.11.2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın surətini 16.11.2021-ci ildə almışdır. Həmin qərara əsasən 'İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş mənim tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadığına görə İXM-nin 469.2-ci maddəsi ile təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar düzgün qəbul edilməmişdir. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş protokolla tanış edilməli, surəti ona verilməli və məsuliyyət izah edilməli idi. Mövsimi xidmətin xüsusiyyəti ilə əlaqədar hesab edir ki, qərarın qəbul edilməsinə əsas yoximiş. Bundan əlavə həmin qərardan sonra icbari sığorta müqaviləsi bağlanılması üçün tərəflərindən sığortaçıya müraciət edilmişdir. Ona görə də hesab edir ki, qərar düzgün qəbul edilməmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 23.11.2021ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 03 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs və Dövlət əmək müfəttişliyi xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X3 barəsində 10 noyabr 2021-ci il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib və 1.500,00 manat məbləğində cərimə edilmişdir. İş materialında olan Dövlət əmək müfəttişliyi xidməti tərəfindən X2 ünvanlanmış 11 noyabr 2021-ci il tarixli, **********9 №-li məktubdab görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən X3 tərəfindən Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsinin DƏMX 08.10.2021-ci il tarixli **********2 nömrəli müraciətinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi ilə bağlı sənədlər tərəflərindən baxılmışdır. Nəticədə barəsində İXM-nin 469.2-ci maddəsi ilə 10 noyabr 2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti məlumat üçün X2 göndərilmişdir. İş materialında olan Dövlət əmək müfəttişliyi xidməti tərəfindən X5 ünvanlanmış 11 noyabr 2021-ci il tarixli, **********4 №-li məktubdab görünür ki, ünvan 2 ünvanında yerləşən “Ə.D.X11 Tibb Mərkəzi” X12 tərəfindən Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsinin-DƏMX 08.10.2021-ci il tarixli **********2 nömrəli müraciətinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi ilə bağlı sənədlər tərəflərindən baxılmışdır. Nəticədə barəsində İXM-nin 469.2-ci maddəsi ilə 10 noyabr 2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti məlumat üçün X5 göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Dövlət əmək müfəttişliyi xidmətinin 10 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X3 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta haqqında MN № ******* saylı, 10 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar