Məhkəmə qərarları › İş №3(060)-369/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-369/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-369/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş EXP ******* saylı 04.01.2022-ci il tarixli İnzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirmişdir ki, 04.01.2022-ci il tarixdə Bakı şəhəri, Gənclik Metrostansiyası ərazisində olarkən tibbi maskanı çıxarıb cibində qoymuşdur. Bu zaman polis əməkdaşı bunu görmüş və yanına yaxınlaşmışdır. Polis əməkdaşının yaxınlaşdığını gördükdə tibbi maskanı cibindən çıxarıb istifadə etmişdir. Lakin polis əməkdaşı onun barəsində EXP ******* saylı 04.01.2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib etmişdir. Eyni zamanda tələbədir və cəriməi ödəməyə maddi imkanı çatmır. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş 04.01.2022-ci il tarixli, EXP ******* saylı İnzibati xəta haqqında protokolun ləğv edilməsini və işə xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından və X3 izahatından göründüyü kimi, Məcid Məcidli 04.01.2022-ci il tarixdə Bakı Metropoliteni Gənclik stansiyasında tibbi maskadan istifadə etmədiyini etiraf edərək həmin hissəni mübahisələndirmir, sadəcə xəbərdar edildikdən dərhal sonra qaydaya uyğun olaraq, maskadan istifadə etdiyindən və tələbə olduğu nəzərə alınmalı alınmadığından inzibati tənbeh haqqında tədbirin ləğv edilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı Metropoliteninin Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 05.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı X1 (Bakı şəhər Polis İdarəsi) rəis X5 tərəfindən qəbul edilmiş 05.01.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar