Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3691/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında 23 noyabr 2021-ci il tarixli MN № ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, 22.11.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş Şəxs saat 19:45 radələrində narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən olunmuşdur. Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 24 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 23 noyabr 2021-ci il tarixə təyin edilmiş, lakin sənədlərin təqdim olunması ilə bağlı işin baxılması 23 noyabr 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 10 dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. Sonuncu dəfə bir ay bundan öncə istifadə etmişdir. Sumqayıt şəhərinə gəzmək üçün gəldiyi zaman Sumqayıt şəhəri avtovağzal yaxınlığında narkotik vasitə olan marixuana qəbul etmişdir. 22.11.2021-ci il tarixdə saat 19:45 radələrində Sumqayıt şəhəri avtovağzal yaxınlığında olduğu zaman iki nəfər mülki geyimində ona yaxınlaşaraq özlərini təqdim etdilər. Söhbət zamanı narkotik vasitə olan marixuana qəbul etdiyini bildirdikdən sonra onu Narkoloji Dispanserə aparılaraq orada həkim müayinəsindən keçirilmişdirlər. Müayinə zamanı onun narkotik vsitə qəbul etməsi aşkarlanmışdır. Əlavə olaraq bildirdi ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri olmuş, döyüş əməliyyatlarında iştirak etmiş, sonuncu dəfə dövlət xətti ilə Türkiyə Cümhuriyyətinə gedən nümayəndə heyətinin tərkibində olmuş, paradda iştirak etmiş, paraşütdən tullanan zaman, yəni xidmət zamanı ürəyindən zədə almış və İİ qrup əlil olmuşdur. Onun qardaşı X1, İİ Qarabağ müharibəsində iştirak etmiş, Laçın və Kəlbəcərin azad olunması uğrunda order və medallarla təltif olunmuşlar, hərbi xidmətdə fərqlənməyə görə, qüsursuz xidmətə görə medal və.s layiq görülmüşlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşmancılığını nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi K.Ə.Mehdiyev tərəfindən verilmiş A/1156 №li, 22.11.2021-ci il tarixli aktdan görünür ki, Şəxs 22.11.2021-ci il tarixdə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı narkotik vasitə olan marixuana qəbul etməsi təsdiq olunmuşdur. İş materiallarında olan 22.11.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs İXM-nin 206-cı maddəsiilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23.11.2021-ci il tarixli, 4621 saylı rəyində göstərilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi tibbisosial ekspert komissiyasının qərarından görünür ki, Şəxs İİ qrup əlil olmuşdur.Lakin aldığı əlillk müddətli olduğu üçün 21 iyul 201-ci il tarixində bitmişdir. İş materialları ilə müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri olmuş, döyüş əməliyyatlarında iştirak etmiş, sonuncu dəfə dövlət xətti ilə Türkiyə Cümhuriyyətinə gedən nümayəndə heyyətinin tərkibində olmuş, paradda iştirak etmiş, paraşütdən tullanan zaman yəni xidmət zamanı ürəyindən zədə almış və İİ qrup əlil olmuşdur.Lakin aldığı əlillk müddətli olduğu üçün 21 iyul 201-ci il tarixində bitmişdir. Bundan başqa iş materiallarından görünür ki, Şəxs qardaşı X2, İİ Qarabağ müharibəsində iştirak etmiş, Laçın və Kəlbəcərin azad olunması uğrunda order və medallarla təltif olunmuşlar, hərbi xidmətdə fərqlənməyə görə, qüsursuz xidmətə görə medallarla təltif edilmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və yeni döğulmuş övladının olmasını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsin şəxsiyyəti, həmçinin onun ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3691/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3691/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver