Məhkəmə qərarları › İş №3(060)-37/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-37/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-37/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi: X4, Qərarından şikayət verilmiş şəxs: Sumqayıt ŞPİ-nin DYPŞ polis kapitanı X5, Qərardan şikayət vermiş şəxs: Hüseynov Tural Məhəmməd oğlunun iştirakı ilə, Hüseynov Tural Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından Hüseynov Tural Məhəmməd oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Hüseynov Tural Məhəmməd oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X10 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, ona məxsus 50DF881 dövlət qeydiyyat nişanı olan HUNDAİ TUCSON markalı avtomobili ilə xx.xx.2024-cü il tarixində səhər saat 08:30 radələrində Sülh küçəsində svetoforun yaşıl işığı yandı və ondan öndə olan 2-3 avtomobil hərəkətə başladılar və o da hərəkətini davam etdirərkən Bakı küçəsindən hərəkət edən 99FS248 dövlət qeydiyyat nişanlı OPEL ZAFİRA avtomobili Sülh və Bakı küçəsini kəsişməsində qarşısına çıxdı və qəza yarandı. Sumqayıt şəhər Dövlət X10ndə ona heç bir video-kamera görüntüsünü göstərməyərək Sumqayıt şəhər Dövlət X10nin polis kapitanı X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edərək onu 100 manat məbləğində cərimə olunmağı barədə inzibati tənbeh tədbiri görmüşdür. Sumqayıt şəhər Dövlət X10nin polis kapitanı X1 ərazidəki video-kameraya baxış keçirməsini tələb etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Həmin avtoqəza hadisəsində təqsirli olmadığı halda barəsində inzibati tənbeh tədbiri görülməsini əsassız hesab edir. Hazırki qərar ona xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Hazırki qərarla razı olmadığına görə hazırkı qərardan şikayət vermək qərarına gəlmişdir. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Sumqayıt şəhər Dövlət X10nin polis kapitanı X2 barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati elektron qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Hüseynov Tural Məhəmməd oğlu şikayət ərizəsində qeyd olunanları təsdiq edərək bildirdi ki, işıqforun yaşıl işığında hərəkət edərək yol kəsişməsində digər avtomobili vurmuşdur. Qarşısında iki-üç avtomobil olmuş, onlar keçdikdən sonra o da hərəkət etmişdir. Digər avtomobil öz istiqamətini dəyişdiyindən o, həmin avtomobili yol ayırıcında vurmuşdur. Hesab edir ki, qərar qanunsuzdur. Məhkəmədən qanun çərçivəsində düzgün qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ polis kapitanı X5 bildirdi ki, yol ayırıcını keçid qaydası ilə bağlı protokol tərtib edilmişdir. Sürücü “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 4-cü bəndinin tələblərini pozmuşdur. Belə ki, sürücü işıqforun icazə siqnalı yanarkən yol ayırıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrini buraxmalı idi. Opel Zafira markalı avtomobilin sürücüsü yaşıl işıqda yol ayırıcına daxil olub, lakin sıxlıq olduğundan yol ayırıcında qalmış, yaşıl işıq yansa da belə digər nəqliyyat vasitələri həmin avtomobilin sərbəst hərəkətinə şərait yaratmalı idi, yol ayırıcını boşaltmalı, daha sonra hərəkətinə davam etməli idi. Bunlar videogörüntüdə də vardır. Tərəfindən tərtib edilmiş protokolu müdafiə edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynov Tural Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt şəhər DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntüdən görünür ki, “Hyundai Tucson minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı küçəsinin kəsişməsində yol ayırıcına daxil olmuş “Opel Zafira” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək hərəkətini davam etdirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” - 76-cı maddəsinin İV hissəsinə əsasən “svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 08:30-da “Hyundai Tucson minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov Tural Məhəmməd oğlu Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı küçəsinin kəsişməsində yolayrıcına daxil olmuş digər nəqliyyat vasitəsinin sürücüsünə yol verməyərək digər hərəkət iştirakçısına maneə yaradaraq yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Hüseynov Tural Məhəmməd oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Hüseynov Tural Məhəmməd oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüseynov Tural Məhəmməd oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən Hüseynov Tural Məhəmməd oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar